Qısa məzmun
Nar Brend və reklam işi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Vakansiya haqqında:
- İş qrafiki: Standart
İş müddəti: Daimi
Son müraciət tarixi: 07.10.2022
Sizin əsas vəzifə öhdəlikləriniz:
- Müvafiq zaman çərçivəsində fərqli miqyaslı ATL və BTL kampaniyalarını hazırlamaq, idarə etmək və uğurla icra etmək
- Layihə çərçivəsində müvafiq istiqamətləri müəyyən etmək üçün reklam agentliklərinə dəqiq və aydın briflər hazırlamaq
- Həyata keçirilən layihələr üzrə müvafiq marketinq ünsiyyət layihəsi cədvəlləri və hesabatları hazırlamaq
- Layihələr üzrə müvafiq məlumatların yerləşdirilməsini təmin etmək
- Müxtəlif kommunikasiya kanalları üçün Azərbaycan, Rus və İngilis dillərində düzgün məhsul mesajları və mətnləri hazırlamaq
- Yeni ideyalarla əlaqədar görüşlərdə iştirak etmək və kreativ kampaniyalar üçün təkliflər irəli sürmək
- Agentlik və vendorlar ilə əməkdaşlıq etmək
- Bütün reklam materialları üzrə məlumatların düzgünlüyünə görə məsuliyyət daşımaq
- Məlumatların brend qaydalarına uyğun olmasını və məlumatın hər yerdə eyni tərzdə təqdim olunmasını təmin etmək məqsədilə reklam materiallarında mütəmadi yoxlamalar həyata keçirmək
- Departamentlər, bölmələr arasında məzmunun idarə edilməsini və məlumat mübadiləsini əlaqələndirmək və idarə etmək.
Sizdən tələb olunan təhsil və iş təcrübəsi:
- Ali təhsil
- Brend və ya reklam işi sahəsində ən azı 2 il iş təcrübəsi (Xarici şirkətlərlə işləmə təcrübəsi üstünlük hesab olunur)
Sizdən tələb olunan bacarıq və səriştəliklər:
- Kopiraytinq (uyğun mətnlərin yığılması) bacarığı
- Vendorlarla işləmə bacarığı
- Performansı və brend qaydalarını qorumaqla eyni vaxtda müxtəlif tapşırıqları yerinə yetirmə qabiliyyəti
- Təşkilatçılıq bacarığı
- Vaxtın düzgün idarə olunması bacarığı
- Təzyiq altında işləmə bacarığı
- Azərbaycan, Rus və İngilis dillərini mükəmməl bilmək
- MS Office proqramlarını bilmək
Müraciət etmək üçün:
CV-nizi e-mail ünvanına göndərməyinizi xahiş edirik.Başlıqda “Brend və reklam işi üzrə mütəxəssis’’ qeyd olunmayan müraciətlər nəzərə alınmayacaqdır. Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Oxşar vakansiya siyahısı:
500 — 601 ₼
SMM mütəxəssisKepro Estetik Klinika SMM mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Aparıcı Rəqəmsal Analitika Mütəxəssisi (Senior Digital Analytics Specialist)
Azərbaycan Hava Yolları QSC Aparıcı Rəqəmsal Analitika Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
1200 — 1500 ₼
Məhsul üzrə menecerKontakt Home Məhsul üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
1000₼
Sosial Media MütəxəssisiRam Solutions MMC Sosial Media Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edur. ...