Qısa məzmun
Star Mining LLC Büdcə və xərclər üzrə nəzarətçi vəzifəsi üzrə vakansiya elan edir.
Namizədə tələblər:
- Ali təhsil (maliyyə, iqtisadiyyat);
- Yaş həddi:28-40
- 3 illik analoji iş təcrübəsi
- Büdcə proseslərinin idarə edilməsi və Azərbaycan Respublikasının Qanunvericiliyi üzrə müvafiq biliklər
- Ünsiyyət qurma bacarığı, dəqiqlik və detallara fikir vermək qabiliyyəti,
- Səlis Azərbaycan dili, (İngilis və rus dili bilikləri arzu olunandır);
- MS Office proqramları üzrə biliklər ;
Vəzifə təlimatı:
- Şirkət tərəfindən çəkilmiş bütün xərclərin təsdiq olunmuş Büdcə ilə bərabər olmasını yoxlamaq
- illik büdcə prosesinə, o cümlədən büdcənin fəaliyyət və kapital xərclərinin və pul vəsaitlərinin proqnozlaşdırılması da daxil olmaqla, dövriyyə kapitalının idarə olunması üzrə tələblərinin bütün aspektlərinin hazırlanmasına nəzarət etmək
- Audit hesabatları da daxil olmaqla, Maliyyə şöbəsi tərəfindən verilmiş bütün aylıq maliyyə hesabatları, xərclər üzrə hesabat, büdcə və proqnozlaşdırma hesabatlarının düzgünlüyünə nəzarət etmək. Müntəzəm olaraq aylıq sınaq balansını gözdən keçirmək
- Maliyyə sistemlərinin səmərəli şəkildə fəaliyyət göstərməsi üçün sistemin idarə olunmasına nəzarət etmək və mövcud maliyyə sisteminin təkmilləşdirilməsi məqsədilə həyata keçirilən prosedurların inkişafına dəstək vermək. Mühasibat uçotu və inzibati nəzarətə baxış keçirilməsində iştirak etməklə daxili və xarici auditləri dəstəkləmək.
- Maliyyə funksiyasının daxili siyasəti və prosedurların qiymətləndirilməsi və qayda və prosedurların ən yaxşı təcrübəyə uyğunlaşdırılıması üçün dəyişikliklər etməklə bağlı tövsiyələr vermək
- Maliyyə hesabatı sistemi, mühasibat uçotu və investisiya fəaliyyəti və biznes proseslərinin qiymətləndirilməsi və ERP sistemin imkanları və nəzarət mexanizmlərinin yaxşılaşdırılması məqsədilə prosedurlar, əməliyyat sistemləri, büdcə və digər maliyyə nəzarət funksiyalarının dəyişdirilməsi üçün tövsiyələr vermək
- Məhsulun vahid dəyərinin təhlilinə nəzarət etmək və xərclərin azaldılması ilə bağlı olan sahələri müəyyənləşdirmək və məsləhət vermək
- Şirkətinin maliyyə müdiri tərəfindən müəyyənləşdirilmiş digər vəzifələri yerinə yetirmək
- İş vaxtı: həftədə 5 gün, 09:00-dan 18:00-dək
- Nahar şirkət tərəfindən verilir
- İşə qəbul əmək məcəlləsinə uyğun aparılır
Uyğun namizədlər CV formalarını mövzu yerində “Büdcə və xərclər üzrə nəzarətçi” qeyd edərək göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
Karvan2002 MMC Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Ə/h razılaşma yolu ilə. Xalq Bank Kredit İdarəsinin Hesabatlıq şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A şirkəti Mühasib vəzifəsi üzrə vakansiyasını elan edir ...
GL ASC-dən Şabran şəhərində yerləşən filialları üzrə Xəzinədar əməliyyatçı işçi qəbulu elan edir. ...
Max Print Baş mühasib vəzifəsi üzrə vakansiya elan edir. Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti olmalıdır. ...
Yelo Bank ASC PL/SQL üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Xalq Bank şirkəti "Şəki" filialının Kredit şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
ATB Bank Dayanıqlı inkişaf (ESG) üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Audit Üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Mühasib ( Şəmkir ) vəzifəsi üzrə vakansiya elan edir. ...
PASHA Bank Qeyri-maliyyə Risklərinin İdarə Edilməsi şöbəsində İnsidentlərin İdarə Edilməsi üzrə Baş Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...