Qısa məzmun
Şam-Fi MMC Büdcə və maliyyə nəzarəti şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.
Azərbaycanda distribütor şirkətləri sırasında TOP 5-likdə yer alan Şam-Fi, Azərbaycan bazarında tələb olunan özünü təsdiqləmiş, yüksək keyfiyyətli məhsulların Azərbaycan istehlakçısına çatdırılmasını həyata keçirir. Rusiya, Hollandiya, İtaliya, Belçika, Almaniya, Türkiyə və s. ölkələrdən 60-dan çox marka üzrə ölkənin bütün bölgələrində satışı təşkil edilir.
Vəzifə: Büdcə və maliyyə nəzarəti şöbəsinin mütəxəssisi
İş qrafiki: 09:00 – 18:00 / Bazar ertəsi – Cümə
İş yeri: Bakı ş., 8 Noyabr pr.
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
- Maliyyə və ya İqtisadiyyat sahəsində ali təhsili;
- Büdcə planlaşdırılması, xərclərə nəzarət, maliyyə hesabatlılığı sahəsində təcrübə və biliklər;
- Məntiqi və analitik düşünmə tərzi, yüksək təqdimat bacarığı;
- MS Office proqramlarından (xüsusilə MS Excel) təkmil istifadə bacarığı;
İŞİN TƏSVİRİ:
- Büdcə layihələrinin hazırlanmasında struktur bölmələrin məsləhətçisi qismində çalışmaq;
- Struktur bölmələrdən əldə olunan büdcə məlumatlarının dəqiqlik və dolğunluq baxımından təhlil edilməsi;
- Rəhbərlik tərəfindən təsdiq edilməsi üçün illik icmal büdcənin hazırlanmasında iştirak;
- Hər bir hesabat dövrünün sonunda büdcə məlumatlarını faktiki göstəricilərlə müqayisə etmək və kənarlaşmaların səbəblərini aydınlaşdıraraq məruzə etmək;
- Struktur bölmələr tərəfindən vəsaitlərin istifadəsinə nəzarət;
- İşgüzar mühitdə mühüm dəyişikliklər olduğu təqdirdə büdcə modelini yeniləmək.
Xahiş edirik, CV/Qısa Tərcümeyi-halınızı ” maliyyə mütəxəssisi ” mövzusu ilə hr@sham-fi.az -a göndərin.
Oxşar vakansiya siyahısı:
Bank Respublika ASC Məhsul sahibi (Product owner) vəzifəsi üzrə vakansiya elan edir. ...
Perla mebel Goran mağazasına uçotçu vəzifəsi üzrə vakansiya elan edir. ...
Barkod Electronics Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Regency Consulting and Tax Solutions MMC Aparıcı mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Regency Consulting and Tax Solutions MMC Kiçik - Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Audit Üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Zivar Restoranı Kassir vəzifəsi üzrə vakansiya elan edir. ...
Zivar Restoranı Mühasib (Restoran) vəzifəsi üzrə vakansiya elan edir. ...
Expressbank ASC Risklərin İdarə edilməsi Departamenti, Kreditlərin monitorinqi şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
“Rabitəbank” ASC Marketinq Departamentinin Kartmane və Partnyorlarla iş şöbəsində Baş mütəxəssis/ Ekspert vəzifəsinə işə qəbul elan edir. ...
Expressbank ASC Risklərin İdarə edilməsi Departamenti, Kreditlərin monitorinqi şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Bank Respublika ASC Mikro kredit üzrə kiçik kredit mütəxəssisi (Sumqayıt filialı) vəzifəsi üzrə vakansiya elan edir ...