Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Sinteks Group of Companies Büdcə və Xərclərə Nəzarət üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
1996-cı ildə Bakı şəhərində əsası qoyulan Sinteks MMC bu gün Qafqaz və Mərkəzi Asiyada ən böyük və uğurlu pərakəndə satış şirkətlərindən biridir.
SINTEKS öz üzərinə tanınmış beynəlxalq moda evlərindən tutmuş yeni yaranmış markalara kimi, dünyanın aparıcı moda brendlərini təmsil etməyi götürüb.
Şirkət dəb, zərgərlik və qida sahələrində 80-dən artıq mağazaya rəhbərlik edir.
Hal hazırda Sinteks şirkətinə “Büdcə və Xərclərə Nəzarət üzrə Mütəxəssis” tələb olunur.
İşin Məqsədi:
• Büdcələşdirmə prosesində və gündəlik xərclərin nəzarətində iştirak etmək
Vəzifə və öhdəliklər:
- Büdcənin formalaşdırılması və hazırlanması prosesini təşkil etmək və əlaqələndirmək
- Növbəti il üçün əməliyyat və yardımçı büdcələri rüblük və aylıq əsasda hazırlamaq
- Mövsüm üzrə büdcənin icrasını aylara bölərək hesabat hazırlamaq, iqtisadi fəaliyyətin faktiki nəticələrinin planlaşdırılmış nəticələrdən kənara çıxmasının səbəblərini təhlil etmək
- Büdcə icraatı və şirkət xərclərinə nəzarət etmək
- Xərclərin maliyyə təhlilini aparmaq
- Xərclərin optimizasiyası üçün təkliflər hazırlamaq və səmərəliliyin artırılması üçün yeni yollar axtarmaq
- Xərc növünün və büdcə həcminin mövcudluğunu yoxlamaq
Namizədə olan tələblər:
İxtisas / Təhsil:
- Ali Təhsil
- İqtisadiyyat, mühasibat uçotu və audit, maliyyə və digər müvafiq istiqamətdə bakalavr dərəcəsi
Təcrübə:
- Müvafiq 2-3 il iş təcrübəsi
İş qabiliyyəti:
- Dil bilikləri: Azərbaycan – sərbəs, Rus və ya İngilis – orta
- MS Office, xüsusilə Excel, Word və PowerPoint bilikləri
- Yaxşı təşkillatçılıq və nəticəyönümlük
- Yaxşı ünsiyyət və analitik bacarıqları
Vakansiya ilə maraqlanan namizədlərdən CV-ni recruitment@sinteks.com e-mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Büdcə və Xərclərə nəzarət üzrə Mütəxəssis” qeyd etmələri xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Expressbank ASC İT departamenti, Rəqəmsal xidmətlərin tətbiqi şöbəsinin aparıcı/böyük mütəxəssisi (IT Biznes Analitik) vəzifəsi üzrə vakansiya elan ed ...
Expressbank ASC Kreditlərin anderraytinqi şöbəsi/ Şöbə müdiri vəzifəsi üzrə vakansiya elan edir. ...
Regency Consulting and Tax Solutions MMC Aparıcı Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
ATB Bank Kiçik və Orta Biznes Kreditləri Mərkəzinin Satışın təşkili bölməsində əməliyyat üzrə mütəxəssis / aparıcı mütəxəssis vəzifəsi üzrə ...
Regency Consulting and Tax Solutions MMC Kiçik - Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
GL ASC (Sizin Lombard), bazarın liderlərindən biri olaraq, Yevlax filialında çalışmaq üçün Kredit Mütəxəssisi vəzifəsinə işçi qəbulu elan edir. ...
Rabitabank ASC Kürdəmir filialı üzrə Mikro kredit mütəxəssisi vakansiyasını elan edir. ...
Uragan-Group Mühasib köməkçi vəzifəsi üzrə vakansiya elan edir. ...
ATB Bank Risk Menecmenti Departamentinin Risk Texnologiyaları şöbəsində Şöbə rəisi vəzifəsi üzrə vakansiya elan edir. ...
PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
“Rabitəbank” ASC İT Təhlükəsizliyi Departamentinin Bank Sistemlərinin təhlükəsizliyi şöbəsində Aparıcı mütəxəssis vəzifəsinə işə qəbul elan ed ...
AGRO - WEST DC LLC şirkəti Maliyyə hesabatlılığı üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...