Qısa məzmun
ERP-INTEL” MMC şirkəti olaraq “Business Analyst” vakansiyası aktivdir,
Namizədə tələblər:
- Ali təhsil.
- Müvafiq sahə üzrə ən azı 1(bir) il iş təcrübəsi.
- “Visio”, “Jira”, “Figma”, “BPMN”, “MySql” alətləri üzrə bilik və bacarıqlara sahib olmaq.
- Texniki baxımdan yüksək peşəkarlıqla təqdimat hazırlamaq və təqdim etmək bacarığına sahib olmaq.
Vəzi̇fə Öhdəlikləri̇:
- İnformasiya sistemləri üzrə iş proseslərini, həmçinin təklif olunan layihələrin miqyasını müəyyən etmək.
- İnformasiya sistemləri üzrə sifarişçi ilə analitik müsahibələri aparmaq, proqram təminatına dair tələbləri toplamaq, tələbləri, istəkləri və imkanları nəzərə alaraq məlumat və proseslərin modellərini sxemlər vasitəsi ilə təsvir etmək.
- İnformasiya sistemlərinin hazırlanmasına və təkmilləşdirilməsinə dair texniki təklif, texniki tapşırıq və digər analiz sənədlərini hazırlamaq.
- “Sprint planning”, gündəlik “stand-up”, “sprint review” və “retrospektiv”-lər kimi “Agile ceremony”-lərində iştirak etmək.
- “Agile” və qeyri-“Agile” proseslər kontekstində biznes ehtiyaclarına cavab verən texniki həlləri layihələndirmək və inkişaf etdirmək üçün proqramçılar və digər IT mütəxəssislər ilə əməkdaşlıq etmək.
- Hesabat formalarının yaradılması və hesabatların tərtib edilməsi.
Əmək şəraiti:
- Əmək haqqı: Müsahibə əsasında təyin olunacaq
- İş yeri: Ünvan: Park Azure, Afiyəddin Cəlilov 27A park, blok 4, mərtəbə 8
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Business Analyst” qeyd edərək CV-lərini recruitment@erp-intel.com elektron ünvanına göndərmələri xahiş olunur.