Business Development Manager
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Apar şirkəti Business Development Manager vəzifəsi üzrə vakansiya elan edir.

Şirkət haqqında məlumat:

APAR elektrikli velosiped, velosiped və digər alternativ nəqliyyat vasitələrinin icarəsini innovativ yolla həyata keçirən startap şirkətdir.

Missiyamız şəhərin gözəlliyini və dinamikasını iki təkərlə hiss etmək üçün rahat və ekoloji cəhətdən təmiz bir yol təqdim etməkdir. Xidmətimiz işə getmək yaxud sadəcə təmiz havadan zövq almaq üçün mobil tətbiq vasitəsi ilə elektrikli və pedallı velosipedlərin icarəsini təqdim edir.

Təbiət dostu və aktiv həyat tərzini təbliğ edən layihədə yer almaq istəyirsinizsə qeyd olunan vakansıyanı diqqətlə oxumanızı xahiş edirik.

İş barədə məlumat:

  • Şirkətin biznes strategiyasının inkişafında və icrasında iştirak etmək
  • Yeni potensial müştərilərə çıxış imkanları tapmaq və mövcud müştəri bazasını genişləndirmək
  • Şirkətimizin bazar payını artırmaq üçün strategiyalar hazırlayıp həyata keçirmək
  • Yeni ideyaları təklif etmək, qiymətləndirmək və inkişaf etdirmək
  • Bazar araşdırması aparmaq, sektor trendlərini və rəqib fəaliyyətlərini analiz etmək
  • Satış və marketinq komandaları ilə yaxın işbirliyi içində çalışaraq gəlir artımı hədəflərinə çatmaq
  • Müştəri ehtiyaclarını anlamaq və müştəri məmnuniyyətini artırmağa yönəlik həllər təklif etmək
  • Rəhbərliyə  hesabatlar təqdim etmək və iş inkişafı fəaliyyətlərinin performansını dəyərləndirmək

Tələblər:

  • Müvafiq sahədə ali təhsil (İqtisadiyyat, Biznes, Marketinq üstünlük təşkil edir)
  • Biznes inkişafı, satış və ya marketinq sahəsində ən azı 2 il təcrübə
  • Güclü analitik düşünmə və problem həll etmə bacarıqları
  • Yaxşı ünsiyyət, danışıq və təqdimat bacarıqları
  • Yüksək motivasiya və hədəfə yönəlik iş prinsipi
  • İdarəçilik bacarıqları
  • Biznes inkişaf strategiyaları hazırlamaq və həyata keçirmək bacarığı
  • Yeni partnyorluq əlaqələri qurmaq və mövcud müştəri münasibətlərini gücləndirmək
  • Bazar araşdırmaları apararaq rəqabət mühitini analiz etmək
  • Satış və marketinq komandaları ilə sıx işbirliyi içində olmaq
  • Hədəf qruplar üçün yeni və yaradıcı satış və marketinq təklifləri hazırlamaq
  • Müştəri rəylərini toplayaraq məhsul və xidmət təkliflərimizi yaxşılaşdırmaq

Biz nə təklif edirik?

  • Gənc və dinamik kollektivdə işləmək fürsəti
  • Şəhər mərkəzində iş yeri
  • Əmək haqqı: Namizədin bilik və bacarıqlarına əsasən müəyyən ediləcək

İş vaxtı: Həftə içi 5 gün, 09:00-18:00

Əgər bilik və bacarıqlarınıza güvənir həmçinin  innovativ startapda yer almaq istəyirsinizsə CV-nizi mail-in mövzu hissəsinə “Business Development Manager” yazaraq hr@apar.az  ünvanına göndərmənizi xahiş edirik.

 

Oxşar vakansiya siyahısı:

800 — 1001 ₼
Videoqraf

AzeriMed LLC Videoqraf vəzifəsi üzrə vakansiya elan edir. ...

AzəriMed QSC

15.01.2025 - Bakı

Marketinq Departamentinin Direktoru

Mətanət A Marketinq Departamentinin Direktoru vəzifəsi üzrə vakansiya elan edir. ...

Mətanət A

29.12.2024 - Bakı

700 — 1000 ₼
Targetoloq

Improve Group Targetoloq vəzifəsi üzrə vakansiya elan edir. ...

Improve Group

28.12.2024 - Bakı

1200₼
Marketinq Müdiri

Bonamed MMC şirkəti Marketinq Müdiri vəzifəsi üzrə vakansiya elan edir. ...

Bonamed MMC

28.12.2024 - Bakı

Marketinq meneceri

AZ Dizayn Group Marketinq meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

AZ Dizayn Group

23.12.2024 - Bakı

600₼
Təqdimatçı

Azdizayn Group MMC Təqdimatçı vəzifəsi üzrə vakansiya elan edir. ...

Azdizayn Group

19.12.2024 - Bakı