Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Euro Style LTD MMC Çağrı mərkəzi mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. Daxil olan telefon zənglərinin qəbul edilməlidir.
İşəgötürən: Euro Style LTD MMC
Şəhər: Bakı
Yaş: 23 – 30
Cinsi: qadın və ya kişi
İş təcrübəsi: 1 ildən yuxarı
Namizədə tələblər:
- Ofis proqramlarında yüksək səviyyədə işləmək bacarığı və 1C-də işləmək bacarığı mütləqdir
- Azərbaycan və Rus dili səlis bilməli (ingilis dili biliklərinə üstünlük verilir)
- Məsuliyyətli və operativ olmalı
- Kollektivdə işləmək bacarığı
- İnsanlarla münasibətdə gülərüz olmalı
- İşində məsuliyyətli, dəqiq olmalı
- İnsanlarla ünsiyyət qurmaq və təqdimat bacarıqları olmalı
- Aydın və səlis nitq
- Fikrini düzgün şəkildə izahetmə qabiliyyəti olmalı
Əsas vəzifə öhdəlikləri:
- Daxil olan telefon zənglərinin qəbul edilməsi
- Gün ərzində daxil olan zənglərin qeydiyyatının aparılması
- Telefon zənglərinin şöbələrə və aidiyyatı şəxslər üzrə yönəldilməsi
- Ofis daxili işlərin icra olunması
- Rəhbərlik tərəfindən verilən tapşırıqların yerinə yetirilməsi
- İş qrafiki: 09:00-dan 18:00-dək
- Nahar: 13:00-dan 14:00-dək
- İş günləri: Bazar ertəsi-Cümə
- İstirahət: Şənbə-Bazar
Yuxarıda qeyd olunan tələblərə uyğun gələn namizədlərdən CV formasını şəkillə birlikdə mövzu yerində “Çağrı mərkəzi mütəxəssisi” yazaraq office@volkswagen.az elektron ünvanına göndərmələri xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Kontakt Home Müştəri məmnuniyyəti üzrə qrup rəhbəri vəzifəsi üzrə vakansiya elan edir. ...
Kontakt Home Məlumat bazası üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Kontakt Home İradların həlli üzrə inzibatçı vəzifəsi üzrə vakansiya elan edir. ...