Qısa məzmun
Azerlotereya Çağrı Mərkəzi Operatoru vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə təlimatı:
- Şirkət məhsullarının telefonla müştərilərə ilkin izahın verilməsi və satışın təşkili
- Mövcud kampaniyalar və məhsul seçimində agentlərə yardımçı olmaq,
- Sifarişlərə nəzarət etmək
- Rəhbərliyə işin gedişatı ilə bağlı hesabat vermək.
- Çağrı Mərkəzinə daxil olan müraciətləri qəbul etmək və daxili sistemdə qeydiyyatını aparmaq;
- Qeydiyyata alınmış müraciətləri vaxtında həll etmək və lazım olduğu təqdirdə geri dönüş zənglərini yerinə yetirmək;
- Müraciətləri aidiyyatı olan şöbələrə yönəltmək və prosesin gedişatına nəzarət etmək;
- Şirkətlə müştəri arasında düzgün koordinasiya yaratmaq;
- Xidmətin dayanmasının və müştərilərdən kütləvi müraciətlərin daxil olmasının qarşısını almaq üçün müvafiq sistem proqramlarına nəzarət etmək;
Tələblər:
- Telefonda ünsiyyət və dinləmə bacarığı
- Təqdimat bacarığı
- Fikrini aydın ifadə etmə bacarığı, səlist danışıq qabiliyyəti
- Etirazlarlarla işləmə bacarığı
- Stressə davamlılıq
- Tələbkar və məqsədyönlü
- Komandada işləmə bacarığı
- Dil bilikləri: Azərbaycan dili (yüksək), Rus dili (yüksək), İngilis dili (orta səviyyədə)
- Ofis proqramları: Word, Excel, Outlook
Biz Sizə qabağcıl şirkətlərin birində çalışmaq imkanı təqdim edirik!
Əgər təklifimiz Sizə maraqlıdırsa CV-ni “Çağrı Mərkəzi Operatoru” mövzusu ilə hr@azerlotereya.com ünvanına göndərməyiniz xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Ven Group Operator/CallCenter vəzifəsi üzrə vakansiya elan edir. ...
AZ Dizayn Group Kadrlar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A şirkəti Sənədləşmə üzrə kiçik mütəxəssis vakansiyasını elan edir ...
Azdizayn MMC Reception vəzifəsi üzrə vakansiya elan edir. ...
Ə/h 400 AZN +bonus. Seylab Operator (Soyuq satis) vəzifəsi üzrə vakansiya elan edir. ...
Barkod Electronics Çağrı mərkəzi üzrə operator vəzifəsi üzrə vakansiya elan edir. ...