Qısa məzmun
Gədəbəy Mineral Suları MMC-də Çağrı mərkəzi operatoru vəzifəsi üzrə vakansiya elan edir.
İş barədə məlumat :
- Daxil olan zənglərin zamanında cavablandırılması və müştərilərlə biznes etikası standartlarına uyğun olaraq ünsiyyətin qurulması;
- Şirkətin xidmətləri haqqında müştərilərin tam olaraq məlumatlandırılması və müştəri istəklərinə müvafiq olan xidmətlərə uyğun olan qiymətin müştəriyə uyğun formada bildirilməsi;
- Şirkətin kompaniyaları haqqında müştərilərə ətraflı məlumat verilməsi;
- Müştərilərin istəklərini qeydə alınması və müvafiq şöbəyə yönləndirilməsi;
- Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında və dəqiq yerinə yetirilməsi;
- Şirkətin xidmət, qiymətləri barədə müştəriyə düzgün məlumat vermək və sifarişləri qeydiyyata almaq;
- Müştərilərin şikayət, təklif və tövsiyələrini dinləmək və ya müvafiq şəxsə yönəltmək;
Tələblər:
- Yaş: 20 – 30
- Cinsi: Qadın
- Dil bilikləri: Azərbaycan dili (əla), Rus dili (yaxşı);
- Fikrini aydın, səlis və düzgün şəkildə izahetmə qabiliyyəti;
- Səbrli və təmkinli;
- Müvafiq sahədə 1-3 ilədək iş təcrübəsi (call center, satış və müştəri xidmətləri sahəsində olanlara üstünlük verilir);
- Kompüter bilikləri – MS Office ( Word, Excel, Outlook) proqramlarından və İnternet resurslarından sərbəst istifadə bacarıqları;
İş şəraiti:
- İş rejimi: Həftədə 6 gün
- Əmək haqqı: 430 azn
- İş yeri: Ziya Bünyadov pr 20\61
Vakansiyaya uyğun gələn namizədlərdən cv-lərini mövzu yerinə “Çağrı mərkəzi operatoru” qeyd edərək hr@slavyanka.az elektron ünvanına göndərməkləri xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Optik məsləhətçi
Focus Optika Optik məsləhətçi vəzifəsi üzrə vakansiya elan edir. ...
Müştəri məmnuniyyəti üzrə qrup rəhbəri
Kontakt Home Müştəri məmnuniyyəti üzrə qrup rəhbəri vəzifəsi üzrə vakansiya elan edir. ...