Qısa məzmun
166 Yükdaşıma və Logistika Çağrı Mərkəzi operatoru vəzifəsi üzrə vakansiya elan edir. Komandada işləmək bacarığı olmalıdır.
İş barədə məlumat:
- Qaynar xətt vasitəsilə daxil olan zənglərin zamanında cavablandırılması və müştərilərlə biznes etikası standartlarına uyğun olaraq ünsiyyətin qurulması;
- Şirkətin xidmətləri haqqında müştərilərin tam olaraq məlumatlandırılması və müştəri istəklərinə müvafiq olan xidmətlərin qiymətinin müştərilərə bildirilməsi;
- Sifarişin gedişatının və sonlandırılmasının nəzarətdə saxlanılması və hər hansı problemli vəziyyət olduqda (gecikmə, çatışmazlıq və s.) müştəriyə dərhal məlumatın verilməsi;
- Sifarişin qeydiyyata alınması və icrası ilə bağlı məlumatların sistemdə işlənilməsi:
Namizədə tələblər:
- Ali və orta təhsil;
- Müvafiq sahə üzrə 1 il iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan dili və rus dilləri (səlis);
- Kompüter bilikləri: MS ofis (Word,Excel);
- Bakı şəhəri və regionları üzrə ərazi biliyi;
- Müştəriyönümlü satış bacarığı;
- Effektiv ünsiyyət bacarığı;
- Aydın və səlis danışıq qabiliyyəti.
İş şəraiti:
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- İş qrafiki:həftə ərzində 40 saatdan çox olmayan növbəli iş rejimi;
- Karyerada inkişaf imkanları.
Müraciət etmək istəyən namizədlər CV formalarını cv@166.az mail ünvanına mövzu hissəsinə “Çağrı Mərkəzinin operatoru” qeyd edərək göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
SUPERFON Kuryer vəzifəsi üzrə vakansiya elan edir. ...
SUPERFON MotoKuryer vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Digital Müştəri Xidmətləri üzrə mütəxəssisvəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Müştəri Xidmətləri üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir ...
Xalq Bank "Şamaxı" filialının katib-referenti vəzifəsi üzrə vakansiya elan edir. ...
SUPERFON MotoKuryer vəzifəsi üzrə vakansiya elan edir. ...
SUPERFON Kuryer vəzifəsi üzrə vakansiya elan edir. ...
Ven Group Operator/CallCenter vəzifəsi üzrə vakansiya elan edir. ...