Qısa məzmun
Enginet LLC Çağrı mərkəzi (Call Center) operatoru vəzifəsi üzrə vakansiya elan edir. Azərbaycan və rus dillərini mükəmməl səviyyədə bilməlidir.
Vəzifə öhdəlikləri:
- Şirkətin Çağrı Mərkəzinə daxil olan müraciətləri qəbul etmək və daxili sistemdə qeydiyyatını aparmaq;
- Qeydiyyata alınmış müraciətləri vaxtında həll etmək və lazım olduğu təqdirdə geri dönüş zənglərini yerinə yetirmək;
- Qüraciət zamanı şirkətin xidmətləri haqqında ətraflı məlumat vermək;
- Müraciətləri aidiyyatı olan şöbələrə yönəltmək və prosesin gedişatına nəzarət etmək;
- Yeni müştəriləri telefon vasitəsilə cəlb etmək;
- Şirkətlə müştəri arasında düzgün koordinasiya yaratmaq; xidmətin dayanmasının və müştərilərdən kütləvi müraciətlərin daxil olmasının qarşısını almaq üçün müvafiq
- Sistem proqramlarına nəzarət etmək;
- Vəzifə təlimatında qeyd edilən digər öhdəlikləri yerinə yetirmək.
Namizədə verilən tələblər:
- Ali təhsilə üstünlük verilir
- Azərbaycan və rus dillərini mükəmməl səviyyədə bilməli
- Nitqi aydın və səlis olmalı
- Fikrini düzgün şəkildə izah edə bilmək qabiliyyəti olmalı
- Müştərilərlə ünsiyyət qurma bacarığı
- Məsuliyyətli, səbrli, stressə davamlı olmalı
- Microsoft Office proqramlarını bilməli
İş qrafiki: növbəli, günaşırı.
Müraciət qaydası: CV-nizi hr@enginet.az elektron poçt ünvanına, mövzu sahəsində vəzifə adını – “Çağrı mərkəzi operatoru” yazmaqla göndərə bilərsiniz.
Oxşar vakansiya siyahısı:
AZ Dizayn Group Kadrlar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A şirkəti Sənədləşmə üzrə kiçik mütəxəssis vakansiyasını elan edir ...
Azdizayn MMC Reception vəzifəsi üzrə vakansiya elan edir. ...
Ə/h 400 AZN +bonus. Seylab Operator (Soyuq satis) vəzifəsi üzrə vakansiya elan edir. ...
Barkod Electronics Çağrı mərkəzi üzrə operator vəzifəsi üzrə vakansiya elan edir. ...