Çağrı mərkəzi operatoru
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Shahdag Hotel Company Çağrı mərkəzi operatoru vəzifəsi üzrə vakansiya elan edir.

Əmək funksiyası:

  • Telefon vasitəsi ilə daxil olan zəngləri cavablandırmaq;
  • Müştərinin ehtiyacını qarşılamaq üçün ətraflı cavab vermək və səlahiyyəti çərçivəsində müştərinin problemini həll etmək;
  • Düzgün məlumat axtarışı və əməliyyat müddətini müəssisənin müəyyən etdiyi vaxt çərçivəsində yerinə yetirmək;
  • Qeydiyyata alınmış müraciətləri vaxtında həll etmək və lazım olduğu təqdirdə geri dönüş zənglərini yerinə yetirmək;
  • Şirkətlə müştəri arasında düzgün koordinasiya yaratmaq;
  • Çağrı mərkəzi tərəfindən həlli mümkün olmayan zəngləri aidiyyəti şöbələrə və ya şəxslərə yönləndirmək;
  • Peşəkar fəaliyyətlə əlaqəli olan uyğun sənədləri hazırlamaq, yoxlamaq və tətbiq etmək;

Bacarıqlar:

  • Səlis və aydın danışıq qabiliyyəti, yaxşı diksiya;
  • Təzyiq altında işləmə, yüksək ünsiyyətqurma və dinləmə bacarığı;
  • Fərdi və komanda tərkibində işləmə bacarığı;

Dil bilikləri:

  • Yüksək səviyyədə Azərbaycan, Rus, İngilis dili biliyi

İş təcrübəsi:

  • Müvafiq sahədə iş təcrübəsinə malik olan namizədlərə üstünlük verilir

Necə müraciət etməli:

  • Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini elektron ünvanına göndərə bilərlər.
  • Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Çağrı mərkəzi operatoru” göstərilməsi xahiş edilir, əks halda müraciətlərinizə baxılmayacaq.
  • İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
  • Mənbə: jobsearch.az

Oxşar vakansiya siyahısı:

700 — 800 ₼
İradların həlli üzrə inzibatçı

Kontakt Home İradların həlli üzrə inzibatçı vəzifəsi üzrə vakansiya elan edir. ...

Kontakt Home

16.01.2025 - Bakı

1000₼
Ofis meneceri

C and S Group LLC Ofis meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

C and S Group LLC

23.12.2024 - Bakı