Qısa məzmun
166 Yükdaşıma və Logistika şirkəti Çağrı Mərkəzi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Öhdəliklər:
- Qaynar xətt vasitəsilə daxil olan zənglərin zamanında cavablandırılması və müştərilərlə biznes etikası standartlarına uyğun olaraq ünsiyyətin qurulması;
- Şirkətin xidmətləri haqqında müştərilərin tam olaraq məlumatlandırılması və müştəri istəklərinə müvafiq olan xidmətlərin qiymətinin müştərilərə bildirilməsi;
- Sifarişin gedişatının və sonlandırılmasının nəzarətdə saxlanılması və hər hansı problemli vəziyyət olduqda müştəriyə dərhal məlumatın verilməsi;
- Sifarişin qeydiyyata alınması və icrası ilə bağlı məlumatların sistemdə qeydə alınması.
Tələblər:
- Peşə və ya ali təhsil arzu olunandır;
- Sahə üzrə 1 ilə qədər iş təcrübəsi;
- Azərbaycan dilində səlis yazı və danışıq bacarığı (rus və ingilis dili bilikləri üstünlükdür);
- Bakı şəhəri və regionları üzrə ərazi biliyi;
- Dinləmə və effektiv ünsiyyət bacarığı;
- İntizamlılıq və tez öyrənmə bacarığı;
- Stressə qarşı davamlılıq.
İş şərtləri:
- İş qrafiki 6 günlük;
- Karyerada yüksəliş imkanı
Müraciət:
Namizədlər mövzu hissəsinə “Çağrı mərkəzi üzrə mütəxəssis” qeyd edərək elekton ünvanına CV formalarını göndərərək müraciət edə bilərlər.
Oxşar vakansiya siyahısı:
SUPERFON Kuryer vəzifəsi üzrə vakansiya elan edir. ...
SUPERFON MotoKuryer vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Digital Müştəri Xidmətləri üzrə mütəxəssisvəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Müştəri Xidmətləri üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir ...
Xalq Bank "Şamaxı" filialının katib-referenti vəzifəsi üzrə vakansiya elan edir. ...
SUPERFON MotoKuryer vəzifəsi üzrə vakansiya elan edir. ...
SUPERFON Kuryer vəzifəsi üzrə vakansiya elan edir. ...
Ven Group Operator/CallCenter vəzifəsi üzrə vakansiya elan edir. ...