Qısa məzmun
Domino’s Pizza Azerbaijan Çağrı mərkəzi üzrə operator vəzifəsi üzrə vakansiya elan edir.
Namizədə tələblər:
- Sahə üzrə 1 il iş təcürübəsi
- Azərbaycan və rus dilində səlis danışıq qabiliyyəti
- Komanda ilə işləmək bacarığı
- Komputer bilikləri: Ofis proqramları: Word, Excel
- Yüksək dinləmə, ünsiyyət və izahetmə qabiliyyəti
- İşə planlı yanaşmaq bacarığı
- Yaş həddi 20-35 Yaş
İş barədə məlumat:
- Daxil olan zənglərin qəbul olunması, sifarişlərin alınması və müştərilərlə biznes etikası standartlarına uyğun olaraq (mehriban, təmkinlə, səbrlə, gülərüzlə və s.) ünsiyyət qurulması
- Növbəli iş qrafiki ilə işləmək bacarığı (gecə növbəsi daxil olmaqla),
- Şikayət və sorğuları idarə etmək üçün bütün müvafiq məlumatları əldə etmək və aidiyyatı üzrə yönləndirmək
- Müvafiq kampaniyalar barəsində müştəriləri məlumatlandırmaq
- Müraciətlər üzrə gündəlik hesabatların hazırlanması
Sizə təklif edirik:
- AR Əmək Qanunvericiliyinə əsasən sənədləşmə
- Öz bilik və bacarıqlarınızı inkişaf etdirmək üçün rahat iş şəraiti
- Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar
- Müasir idarəetmə sistemi və mehriban kollektiv
- Part time işləmək imkanı
- Nahar şirkət tərəfindən verilir
- İşin həcminə görə əlavə bonuslar
Uyğun namizədlərdən CV-lərini mövzu hissəsində “Çağrı mərkəzi üzrə operator” qeyd etməklə göndərməyinizi xahiş edirik.
Oxşar vakansiya siyahısı:
700 — 800 ₼
İradların həlli üzrə inzibatçıKontakt Home İradların həlli üzrə inzibatçı vəzifəsi üzrə vakansiya elan edir. ...