Qısa məzmun
Ə/h 325 -400 AZN. Modenis LLC eManat Müştərilərə xidmət şöbəsinin təmsilçisi (Call Center) vəzifəsi üzrə vakansiya elan edir.
İş şəraiti :
- Ofis daxili.
- Nahar yeməyi şirkət tərəfindən verilir.
- Əmək haqqı = 325 – 400 AZN (təcrübəyə əsasən)+ aylıq bonus
- İş rejimi: Həftənin 6 günü
- Tibbi sığorta
- İş qrafiki : 09:00-18:00 (dəyişkən ola bilər 08:00-17:00, 17:00-00:00
Öhdəliklər:
- Daxil olan şikayətlərin qəbulu, onların işlənməsi və informasiyanın digər müvafiq şöbələrə yönləndirilməsi;
- Şirkətin əməkdaşlıq etdiyi provayderlər haqqında maksimum informasiyaya və həmçinin müştərilərdə sual doğura biləcək, informasiyaya malik olmaq;
- Sənədlərin düzgün ( qəbul olunmuş təlimatlara) uyğun olaraq işlənilməsi.
- İş yerində hər zaman qəbul olunmuş geyim formasında olmaq, səliqəyə riayət etmək;
- Professional danışıq və nitq mədəniyyəti qaydalarına riayət etmək;
- Nəzakətli olmaq, telefon etiketi biliklərinə malik olmaq;
- Kommunikabellilik və səbrli olma bacarığı;
- Personal kompyuterdə istifadəçi səviyyəsində işləmə bacarığına malik olmaq;
- Bir tapşırıqdan digərinə tez keçə və adaptasiya olma bacarığı;
- Daxili fəaliyyət qaydalarına riayət etmək;
- İş prosesini düzgün icra edə bilmək üçün şirkət tərəfindən istifadə edilən proqram vasitələrindən xəbərdar olmaq və onlardan istifadə etmək;
- Tələb olunan hesabatları hazırlamaq (şöbə rəhbərinin fərdi tapşırığı əsasında);
- Müraciətlərə əsasən bəzi provayderlərlə (səlahiyyət çərçivəsində) əlaqə saxlamaq və problemin tez bir zamanda həllinə nail olmaq;
- Şöbənin digər əməkdaşlarının işdə olmadığı vaxtlarda (nahar fasiləsi, məzuniyyət, ezamiyyət, xəstəlik və digər hallarda) onları əvəz etmək.
Tələblər:
- Ali təhsilli.
- Dil Bilikləri – Azərbaycan və rus dilini mükəmməl , İngilis dili isə orta səviyyədə;
- Nitqində qüsur olmamalı;
- Veriləcək proqram təminatı ilə işləmə bacarığı ;
- Verilən tapşırığa adaptasiya olma bacarığı;
- Kollektivə uyğunlaşma bacarığı.
Maraqlananlardan xahiş olunur öz CV lərinizi hr@modenis.az email ünvanına göndərəsiniz.
Göndərilən CV-lərdə mövzu adı yerində “Call Center” yazılmalıdır.
CVlər 15 fevral tarixədək qəbul edilir.
Oxşar vakansiya siyahısı:
AZ Dizayn Group Kadrlar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A şirkəti Sənədləşmə üzrə kiçik mütəxəssis vakansiyasını elan edir ...
Azdizayn MMC Reception vəzifəsi üzrə vakansiya elan edir. ...
Ə/h 400 AZN +bonus. Seylab Operator (Soyuq satis) vəzifəsi üzrə vakansiya elan edir. ...
Barkod Electronics Çağrı mərkəzi üzrə operator vəzifəsi üzrə vakansiya elan edir. ...