Qısa məzmun
NetTech Call Center Operator vəzifəsi üzrə vakansiya elan edir. Aktiv, məqsədyönlü, işini sevən olmalıdır.
NetTech MMC təsis edildiyi ilk gündən rəqəmsal dünyada brendin inkişafını həyata keçirmək üçün müxtəlif xidmətlər göstərir.
Layihələrimiz – rəqəmsal/media/kreativ sahələrini əhatə edir. Fəaliyyətimiz veb saytların və tətbiqlərin hazırlanması ilə məhdudlaşmır, biz, marketinq və kiber təhlükəsizlik daxil olmaqla rəqəmsal dünyanın bütün sahələrini əhatə edirik.
Görülən işlərdə keyfiyyət və müştərilərin məmnuniyyəti layihənin əsas prinsipidir.
Call Center Operator (Gecə növbəsi)
Namizədə tələblər:
- Kişi namizədlərə üstünlük verilir
- Operativ olaraq telefon zənglərini qəbul edilməsi
- Müştərilər tərəfindən verilən sualları cavablandırması və müvafiq şəxsə yönəlndirilməsi
- Daxil olan müraciətlərin qeydə alınması
- Zənglərin və müraciətlərin nəzarəti
- Müştərilərin şikayət, təklif və tövsiyələrini dinləmək və müvafiq şəxsə yönəlndirilməsi.
- Azərbaycan və Rus dilini bilmək
- Aydın və dəqiq danışıq qabuliyyəti
- Komandada işləmək bacarığı
İş barədə məlumat:
- Ə/H – 250 AZN.
- Növbəlik iş rejimi (1 gün iş,2 gün istirahət)
- İş yeri şəhərin mərkəzində yerləşir.
- İşə qəbul tam rəsmi əmək qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.
Namizədlərdən öz CV-lərini müraciət edilən vakansiya adı qeyd olunmaqla hr@net-tech.az elektron ünvanına göndərmələri xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Kontakt Home Müştəri məmnuniyyəti üzrə qrup rəhbəri vəzifəsi üzrə vakansiya elan edir. ...
Kontakt Home Məlumat bazası üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Kontakt Home İradların həlli üzrə inzibatçı vəzifəsi üzrə vakansiya elan edir. ...