Qısa məzmun
AZINTELECOM Call Center Operator vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Çağrı Mərkəzinə daxil olan müraciətləri qəbul etmək və daxili sistemdə qeydiyyatını aparmaq;
- Qeydiyyata alınmış müraciətləri vaxtında həll etmək və lazım olduğu təqdirdə geri dönüş zənglərini yerinə yetirmək;
- Daxil olan bütün müştəri sorğuları ilə işləmək, müştəriləri lazımi qaydada məlumatlandırmaq və bütün müştəri sorğuları üzrə yüksək keyfiyyətli xidmət göstərmək;
- Əlaqənin səbəblərini və şikayətləri lazımi qaydada qeyd etmək;
- Müraciət zamanı şirkətin xidmətləri haqqında ətraflı məlumat vermək;
- Müştərilər üçün satış əməliyyatlarını tamamlamaq;
- Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında yerinə yetirmək
Tələb olunan bilik və bacarıqlar:
- Ali təhsil;
- Səlis və aydın intonasiya ilə danışıq bacarığı;
- Xoş səs tonuna malik olmalı;
- Müştərilərlə ünsiyyət qurma bacarığı;
- Komanda ilə işləmə bacarığı;
- Məsuliyyətli, səbrli, stressə davamlı olmalı;
- Microsoft Office proqramları üzrə biliklər;
- Qeyd olunan vəzifə üzrə iş təcrübəsi;
- Bəy namizədlərə də üstünlük verilir;
- Azərbaycan dili və rus dilini – yüksək səviyyədə bilmək (ingilis dili biliyi üstünlükdür)
Maraqlanan namizədlər CV-lərini mövzu sətrində vakansiyanın adını qeyd edərək e-mail ünvanına göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
600₼
Kadrlar üzrə mütəxəssisAZ Dizayn Group Kadrlar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Sənədləşmə üzrə kiçik mütəxəssis
Mətanət A şirkəti Sənədləşmə üzrə kiçik mütəxəssis vakansiyasını elan edir ...
Resepşn
Azdizayn MMC Reception vəzifəsi üzrə vakansiya elan edir. ...
400₼
Operator (Soyuq satis)Ə/h 400 AZN +bonus. Seylab Operator (Soyuq satis) vəzifəsi üzrə vakansiya elan edir. ...
Çağrı mərkəzi üzrə operator
Barkod Electronics Çağrı mərkəzi üzrə operator vəzifəsi üzrə vakansiya elan edir. ...