Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Sağlam Ailə Çağrı mərkəzi üzrə operator vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə və öhdəliklər:
- Çağrı Mərkəzinə edilən müraciətləri qəbul edir, aidiyyatı şəxslərə yönləndirir;
- Tibbi xidmətlər üçün müraciət edən vətəndaşların qeydiyyatını aparır, pasiyent şikayət, istək, baxış və anamnez məlumatlarını nəzərə alaraq müayinənin həcmini və təyinatını dəqiqləşdirir, müvafiq təlimatlara uyğun qeydiyyatını aparır; Laborator və funksional müayinələr, onlara hazırlıq və aparılma qaydaları haqqında pasiyenti məlumatlandırır;
- Çağrı mərkəzinə edilən müraciətlərin geri dönümlərini təşkil və icra edir;
- Müvafiq təlimatlara uyğun aidiyyatı məlumatları pasiyentə verir;
Namizədə olan tələblər:
- Ali və ya orta təhsil;
- Azərbaycan, rus dili biliyi – əla;
- Yüksək ünsiyyət qabiliyyətli, hədəf yönümlü və nəticəyə istiqamətlənmiş;
Qeyd:
- İş qrafiki: həftənin 6 günü, 1 gün istirahət;
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- Özü və ailəsinə tibbi xidmətlərdən istifadəyə güzəştlər;
- Şirkət daxili təlim və inkişaf imkanları.
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq “Call center operator ” qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq) hr@saglamaile.az elektron ünvanına göndərə bilərlər.
Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.
Oxşar vakansiya siyahısı:
700 — 800 ₼
İradların həlli üzrə inzibatçıKontakt Home İradların həlli üzrə inzibatçı vəzifəsi üzrə vakansiya elan edir. ...