Qısa məzmun
N21.az Operator vəzifəsi üzrə vakansiya elan edir. Yazarkən qrammatik qaydalara düzgün əməl etməlidir.
N21.az saytı Azərbaycan elektron ticarət bazarında yeni yaranan onlayn mağazadır. Saytda mobil telefonlar, elektronika məhsulları, televizorlar, noutbuklar, iri və xırda məişət texnikası, geyim, qab-qacaq, tekstil, parfümeriya, kosmetika və s. kateqoriyalar üzrə geniş çeşidli məhsulların nağd və hissə-hissə ödəmə şərtlərilə satışı nəzərdə tutulub.
İş barədə məlumat:
- Daxil olan telefon zənglərinin cavablandırılması
- Sosial şəbəkə hesablarına gələn mesajlara, rəylərə cavab verilməsi və sifarişlərin qeydə alınması
- Kompüterdə zənglərin qeydiyyatını aparmaq
- Müştərilərin şikayət, təklif və tövsiyyələrini dinləmək və ya müvafiq şəxsə yönəltmək
- Sifarişlərin zamanında ünvana çatdırılmasına nəzarət edilməsi
- İşçi Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən rəsmi qeydiyyata alınır
- İş yeri: Gənclik metrosundan 5 dəqiqəlik məsafə, Prezident İqamətgahının yanı
- İş qrafiki: 1-6-cı günlər, 09:00 – 18:00
- İstirahət: Bazar günü
- Əmək haqqı: 400 AZN
Namizədə tələblər:
- Cins: Qadın
- Yazarkən qrammatik qaydalara düzgün əməl etməli
- Kompüterdə sərbəst işləmə bacarığı
- Word və Excel programlarında baza bilikləri
- Səlis və aydın intonasiya ilə danışıq bacarığı, fikirlərini rahat şəkildə izah etmək bacarığı
- Xoş səs tonuna malik olmalı
- Kollektivdə komanda ilə işləmə bacarığı
- Məsuliyyətli və inkişafa meyilli olmalı
Yuxarıda qeyd olunan tələblərə uyğun gələn namizədlərdən CV formasını şəkillə birlikdə mövzu yerində “Operator” yazaraq cv@n21.az elektron ünvanına göndərmələri xahiş olunur.
Oxşar vakansiya siyahısı:
AZ Dizayn Group Kadrlar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A şirkəti Sənədləşmə üzrə kiçik mütəxəssis vakansiyasını elan edir ...
Azdizayn MMC Reception vəzifəsi üzrə vakansiya elan edir. ...
Ə/h 400 AZN +bonus. Seylab Operator (Soyuq satis) vəzifəsi üzrə vakansiya elan edir. ...
Barkod Electronics Çağrı mərkəzi üzrə operator vəzifəsi üzrə vakansiya elan edir. ...