Qısa məzmun
Ə/h razılaşma yolu ilə. VTB Bank Call Center Rəhbəri vəzifəsi üzrə vakansiya elan edir. Ali iqtisadi təhsil olmalıdır.
Tələblər:
- ali iqtisadi təhsil;
- rus, azərbaycan dillərində səlis danışmaq, ingilis dili (arzuolunandır);
- işgüzar ünsiyyət etikasına riayət etmək, telefon satışlarına və konsultasiyalara bələd olmaq;
- çağrı mərkəzinin rəhbəri, rəhbərinin müavini vəzifəsində iş təcrübəsi;
- cisco ilə tanışlıq və proqramçılar üçün texniki tapşırıq yaza bilmək bacarığı;
- fəallıq, məsuliyyət, stressə davamlılıq, nəticəyə istiqamətlənmə;
Vəzifələri:
- çağrı mərkəzinin effektiv işinin təmin edilməsi;
- bütün aktual bank məhsullarına bələd olma;
- marketinq aksiyalarının və digər telefon sorğularının keçirilməsi;
- operatorların təlimi üzrə treninqlərin təşkili, yeni məhsullar və tariflər haqqında məlumatlandırmaq;
- operatorların işinə nəzarət, bütün pozuntuların sənədləşdirilməsi;
- çağrı mərkəzinin müştərilərinə xidmət (şikayətlər daxil olduqda və ya operatorlar çatışmadıqda);
- müştərilərin sifarişlərə baxılmanın nəticələri haqqında vaxtında məlumatlandırılması, Bankın şöbə və filiallarında müştərilərlə görüşlərin təyin edilməsi;
- statistik hesabatların rəhbərliyə vaxtında çatdırılması, Master Planın son tarixlərinə riayət olunması;
- şirkətin hədəflərinə uyğun olaraq satış planının təşkili;
- heyətin seçilməsi, təlimi və əməkdaşların həvəsləndirilməsi;
- çağrı mərkəzi üçün qarşıya qoyulmuş işçi ssenarilərin və satış skriptlərinin hazırlanması.
Anket forması hr@vtb.az elektron poçt ünvanına göndərilməlidir (CV formaları, mövzu hissəsində vakansiyanın adını qeyd etməklə göndərilməlidir).
Oxşar vakansiya siyahısı:
700 — 800 ₼
İradların həlli üzrə inzibatçıKontakt Home İradların həlli üzrə inzibatçı vəzifəsi üzrə vakansiya elan edir. ...