Camaşırxana ekspeditoru
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ricon MMC Camaşırxana ekspeditoru vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə öhdəlikləri:

  • Gündəlik olaraq planlı şəkildə müştərilərin, korporativ müştərilərin ünvanından malların qəbulunu və çatdırılmanı icra etməli.
  • Müştərilərdən malları qəbul edib camaşırxanaya  təhvil verməli.
  • Hazır (təmiz) məhsulu camaşırxanadan təhvil alıb müştəriyə çatdırmalı.
  • Pərdə sifarişi olan zaman çatdırılma əməkdaşı pərdələri evdən, yerində sökməli və təmizləməyə gətirməli.
  • Hazır, təmizlənmiş pərdələr müştərinin göstərişi ilə öz yerindən asılmalı.
  • Gün sonu yığılan vəsait kassaya tehvil verməli;
  • Sifarişləri hazır olan müştərilərin məlumatlandırılması mesajın göndərilməsini və sifarişlərinin təhvil verilməsini təmin etməli;
  • Müştəri borclarının vaxtlı vaxtında yığılması və həmin gün kassaya təhvil verilməli;
  • Yeni satış nöqtələri haqqında vaxtında məlumat alınmalı;
  • Öhdəliyində olan məhsul, avadanlıq, vəsait və vasitələrin tamlığına və sazlığına görə məsuliyyət daşımalı;
  • Şirkəti düzgün təmsil etməyə, bu sahədəki geyim, davranış, etik qaydalar və şirkət dəyər və prinsiplərinə uyğun davranmalı;
  • Satışla bağlı rəhbərliyin ona həvalə etdiyi digər vəzifələr və öhdəliklərin icra edilməsi;

Namizədə dair tələblər:

  • Orta  təhsil (Ali təhsil arzu olunandı);
  • Dil bilikləri : Azərbaycan dili səlis, Rus dili arzu olunandı;
  • Yaş: 20-35  yaş arası
  • Cinsi:Kişi
  • Sürücü-ekspeditor vəzifəsində 3 ildən artıq iş təcrübəsi
  • Sürücülük vəsiqəsi və yük maşınını sürmək bacarığı.
  • Koorporativ Etik davranış norma bilikləri;
  • Effektiv ünsiyyət qurma qabiliyyəti;
  • Məsuliyyətli, təşəbbüskar, çevik, diqqətli, intizamlı, nəticə yönümlü olmalı;
  • Peşəkar Xoş və səliqəli zahiri görünüş;

 İş barədə məlumat

  • 6 günlük iş qrafiki.
  • Əmək haqqı-600 azn+bonus
  • Əmək məcəlləsinə uyğun olaraq sənədləşmə
  • İş yeri : Bakı şəhəri , Nərimanov rayonu Əliyar Əliyev 45
  • Yalnız bəy namizəd tələb olunur

Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “ Camaşırxana ekspeditoru” adını mövzu hissəsində qeyd etməklə CV formalarını   hr@ricon.az elektron poçt ünvanına göndərə bilərlər.

Oxşar vakansiya siyahısı:

Optik məsləhətçi

Focus Optika Optik məsləhətçi vəzifəsi üzrə vakansiya elan edir. ...

Focus Optika

11.02.2025 - Bakı

Müştəri məmnuniyyəti üzrə qrup rəhbəri

Kontakt Home Müştəri məmnuniyyəti üzrə qrup rəhbəri vəzifəsi üzrə vakansiya elan edir. ...

Kontakt Home

24.01.2025 - Bakı