Qısa məzmun
AGNA Quru Təmizləmə Camaşırxana işçisi üzrə vakansiya elan edir.
Öhdəliklər:
- Bütün növ camaşırların düzgün yuyulması, təmizlənməsi və saxlanması, uyğun yerlərə və ya daha sonra üzərində iş görülməsi məqsədilə lazımi yerlərə göndərilməsi üçün məsuliyyət daşıyır.
- Çamaşırxananın fəaliyyətinə mane ola biləcək amillərlə əlaqədar qrup rəhbərinə dərhal xəbər verir.
Camaşırxananın işinin keyfiyyətli olması məqsədilə materiallardan qənaətlər və ekoloji təmiz üsullarla istifadə edir. - Təmizlik maddələri üçün məsuliyyət daşıyır, lazım olarsa maliyyətləri və gözlənən iş həcmini nəzərə alaraq həmin maddələrin sifarişini yazılı olaraq qrup rhbərinə təqdim edir.
- Kollektivin yeni üzvlərinə kömək edir, onlara işi öyrədir.
- Camaşırxananın təmizliyi və səliqəsi üçün məsuliyyət daşıyır, təmizlik işlərini təşkil edir və nəzarət altında saxlayır
- Camaşırxanadakı qurğu və avadanlıqları düzgün (onların işlədilməsinə aid təlimatlara uyğun olaraq) işlədə bilir
Tələblər:
- Ən azı camaşırxana və ya təmizlik, dərzilik sahəsində 1-3 illik iş təcrübəsi
- Stress altında işləmə bacarığı
- Dəyişkən iş qrafikində işləmə qabiliyyəti(Gece növəsi daxil olmaqla)
- Müsbət ünsiyyət və komandada işləmə bacarığı
- Azərbaycan və rus dillərini sərbəst bilməsi məsləhətdir(xarici dil bilənlərə üstünlük verilir)
- Əməyin təhlükəsizliyi qaydalarından agah olmalı
- Kimyəvi maddələrlə işləmə bacarığı
Məlumat:
- Yaş həddi:25-45
- İş saatı : 12 saat
- İstirahət : həftədə 1 gün
- Əmək haqqı :500 AZN
Əgər bu iş Sizə uyğundursa zəhmət olmasa CV-nizi gulnara_axmedova@inbox.ru ünvanına göndərin.
Mövzu yerində “Camaşırxana işçisi” yazmağınız xahiş olunur.