Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Winter Park Hotel Baku Camaşırxana işçisi vəzifəsi üzrə vakansiya elan edir. Stress altında işləmə bacarığı olmalıdır.
ƏMƏK FUNKSIYASI
- Camaşırxananın ardıcıl və problemsiz gündəlik fəaliyyətinin təşkili üçün məsuliyyət daşıyır.
- Bütün növ camaşırların düzgün yuyulması, təmizlənməsi və saxlanması, uyğun yerlərə və ya daha sonra üzərində iş görülməsi məqsədilə lazımi yerlərə göndərilməsi üçün məsuliyyət daşıyır.
- Təsərrüfat işləri üzrə müdirlə inventarizasiya aparır və bu inventarizasiyaya əvvəlcədən hazırlıq görür.
- Camaşırxana inventarını yoxlayır, camaşırxananın fəaliyyətinə mane ola biləcək amillərlə əlaqədar qrup rəhbərinə dərhal xəbər verir.
Camaşırxananın işinin keyfiyyətli olması məqsədilə materiallardan qənaətlər və ekoloji təmiz üsullarla istifadə edir. - Təmizlik maddələri üçün məsuliyyət daşıyır, lazım olarsa maliyyətləri və gözlənən iş həcmini nəzərə alaraq həmin maddələrin sifarişini verir, sifarişini yazılı olaraq qrup rhbərinə təqdim edir.
- Kollektivin yeni üzvlərinə kömək edir, onlara işi öyrədir.
- Camaşırxananın təmizliyi və səliqəsi üçün məsuliyyət daşıyır, təmizlik işlərini təşkil edir və nəzarət altında saxlayır
- Camaşırxanadakı qurğu və avadanlıqları düzgün (onların işlədilməsinə aid təlimatlara uyğun olaraq) işlədə bilir
BACARIQLAR VƏ TƏCRÜBƏ
- Ən azı camaşırxana və ya təmizlik, dərzilik sahəsində 1-3 illik iş təcrübəsi
- Stress altında işləmə bacarığı
- Dəyişkən iş qrafikində işləmə qabiliyyəti
- Müsbət ünsiyyət və komandada işləmə bacarığı
- Əməyin təhlükəsizliyi qaydalarından agah olmalı
- Kimyəvi maddələrlə işləmə bacarığı
- Ünvan: M. Əliyev küç. 210, Nəsimi rayonu, Bakı, Azərbaycan
Əgər bu iş Sizi maraqlandırırsa, lütfən CV-niz hr@winterparkhotel.net ünvanına yollayın
Mövzu yerində “Camaşırxana işçisi” yazmağı unutmayın.
Oxşar vakansiya siyahısı:
Ofisiant
Zivar Restoranı Ofisiant vəzifəsi üzrə vakansiya elan edir. ...
Restoran meneceri/Administrator
Zivar Restoranı Restoran meneceri/Administrator vəzifəsi üzrə vakansiya elan edir. ...