Qısa məzmun
Ricon MMC Camaşırxana qeydiyyatçısı vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Müştərilərə xüsusi diqqətlə yanaşmaq və onlara yüksək keyfiyyətli xidmətin, nəzakətli davranışın, gülərüzlü qarşılamanın, diqqətin və yardımın göstərilməsinin təmin edilməsi;
- Ofisə daxil olan zənglərin cavablandırılması və təyinatı üzrə istiqamətləndirməsi;
- Müəssisəyə gələn müştərilərin qarşılanması və müştərilərə xidmətlər haqqında məlumatların verilməsi;
- Müştəri tərəfindən təhvil verilən malların qəbul edilməsi.
- Malların qəbulu zamanı müştəri məlumatlarının tam və düzgün qeydə alınması
- Təmizlənmiş məhsulların müştəriyə təhvil verilməsi üçün paketləmənin icra edilməsi;
- Sifarişləri hazır olan müştərilərin məlumatlandırılması mesajın göndərilməsini və sifarişlərinin təhvil verilməsini təmin etmək;
Namizədə dair tələblər:
- Orta təhsil (Ali təhsil arzu olunandı);
- Dil bilikləri : Azərbaycan dili səlis, Rus dili arzu olunandı;
- Aidiyyatı sahədə 1-3 il iş təcrübəsi;
- Kompyuter bilkləri;
- Koorporativ Etik davranış norma bilikləri;
- Effektiv ünsiyyət qurma qabiliyyəti;
- Məsuliyyətli, təşəbbüskar, çevik, diqqətli, intizamlı, nəticə yönümlü olmalı;
- Peşəkar Xoş və səliqəli zahiri görünüş;
İş barədə məlumat:
- 6 günlük iş qrafiki.
- Əmək haqqı 500 AZN və artım imkanı var
- Əmək məcəlləsinə uyğun olaraq sənədləşmə
- İş yeri : Bakı şəhəri , Nərimanov rayonu Əliyar Əliyev 45
- Yalnız xanım namizəd tələb olunur
- Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “ Camaşırxana qeydiyyatçısı” adını mövzu hissəsində qeyd etməklə CV formalarını hr@ricon.az elektron poçt ünvanına göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
700 — 800 ₼
İradların həlli üzrə inzibatçıKontakt Home İradların həlli üzrə inzibatçı vəzifəsi üzrə vakansiya elan edir. ...