Qısa məzmun
AZprint Çap operatoru ( ofset çapı )vəzifəsi üzrə vakansiya elan edir.
İş barədə məlumat :
- Ofset çap proseslərinin təşkil edilməsi:
- Gün ərzində görüləcək işlərin plan üzrə həyata keçirilməsi;
- Gələn sifarişlərin çapa göndərilməsi;
- Kağızların çapdan öncə uyğun formatda kəsiminin həyata keçirilməsi;
- Müştərilərin tələblərinə uyğun materialların (bəstələr, şəkillər, mətnlər və s.) hazırlanması.
- Çap prosesində istifadə olunan çap makinələrinin düzgün istismarının icra olunması.
- Çap texnikasının və rəngin düzgün şəkildə izlənməsi, müştərilərin tələblərinə uyğun şəkildə reallaşdırılması.
- Çap üçün lazım olan materialların sıralanması, stok nəzarətinin təşkili və təchizatın effektiv istifadəsi.
- Çap məhsullarına nəzarət olunması və səhvlərin minimalizasiyası üçün tədbirlərin həyata keçirilməsi.
- Çap avadanlıqlarının texniki qulluq,baxımının təmin edilməsi.
- Çap işləri hazır olduqdan sonra onların qablaşdırılması üçün məlumat verilməsi.
- İşçi əmək qanunvericiliyinə uyğun olaraq rəsmiləşdirilir.
- İş qrafiki: saat 09:00-dan 18:00-dək, həftənin 6 günü (Bazar günü istirahət).
- Əmək haqqı : 800-1000 ( müsahibə əsasında qərar veriləcək ) .
- Ünvan: Bakı ş., H.Əliyev pr.66 (Nərimanov m/st. yaxınlığı).
Tələblər :
- Yaş həddi: 25-55.
- Cins : Kişi
- Mətbəə sahəsində çapçı kimi 2 il iş təcrübəsi.
- Azərbaycan dilində şifahi və yazılı sərbəst ünsiyyət bacarığı .
- Çap avadanlıqların peşəkar səviyyədə istifadə bacarığı.
- Diqqətcillik.
- Fiziki Aktiv.
- Operativlik.
- Planlama qabiliyyəti
Vakansiya ilə maraqlanan şəxslər şəkilli CV-lərinizi hr@azprint.az ünvanına və məktubun mövzusunu qeyd etməklə göndərə bilərsiniz .