Qısa məzmun
189 Courier MMC Çatdırılma xidmətinin meneceri vəzifəsi üzrə vakansiya elan edir.
Öhdəliklər
- Təyin edilmiş qrafik üzrə işə başlanılması
- Kuryerlərin işə qəbulu
- Kuryerlərin təlimi ( iş saatları, proqram izahı, davranış və danışıq qaydaları )
- Kuryerlərin ərazi üzrə bölgüsü
- Daxili sistemin funksiyalarının öyrənilməsi ( admin panel )
- Zəng və ya panel vasitəsi ilə edilən sifarişlərə kuryerlərin təyin edilməsi
- Hər bir sifarişin tarifinə uyğun olaraq çevik hərəkət (təcili, gün ərzində və s. )
- Sifarişlərə təyin edilmiş kuryerlərin, sifariş zamanı icra statuslarını izləmək
- Partnyorun problemini qeydə alıb, həll etmək
- Kuryerlər tərəfindən təqdim olunan sənədləri sistem üzərindən təhvil almaq
- Kuryerlərdən gün sonu təhvil alınmış sənədləri çeşidləmək, rəflərə düzmək
- Qəbz talonu ehtiyyatına daimi nəzarət, azaldığı təqdirdə yenisinin sifarişi
- Partnyor istəyinə əsasən qəbz talonlarının yığımı, lazımi təqdirdə partnyora təqdim edilməsi
- Şöbənin dəftərxana ləvazimatı ehtiyatına nəzarət, lazımi təqdirdə sifarişini təmin etmək (zərf sifarişi və s.)
- Kuryerlərin gün sonu çatdırmadığı sifarişlərinin səbəbinin araşdırılması
- Karqo sifarişlərinin sistemə daxil edilməsi
- Hesabatların rəhbərliyə təqdim edilməsi ( günlük sifariş sayı, kuryer sayı, ofisdən məxaric olunan sənəd sayı və s. )
- Rəhbərliyin göstərişlərini icra etmək
Namizədə tələblər:
- Ali təhsil;
- 23-35 yaş həddi
- Kuryer xidməti ilə məşqul olan şirkətdə iş təcrübəsi
- Komputer bilikləri – MS office
- Azərbaycan dili-səlis
- Rus dili -yaxşı
- Ofis-şəhərin mərkəzində
- 6 günlük iş qrafikı
- Əmək haqqı – müsahibə zamanı müəyyənləşir.
Göstərilən tələblərə cavab verən namizədlər CV-lərini hr@taxibaku.az elektron ünvanına “Çatdırılma xidmətinin meneceri” qeyd etməklə göndərsinlər.
Oxşar vakansiya siyahısı:
Optik məsləhətçi
Focus Optika Optik məsləhətçi vəzifəsi üzrə vakansiya elan edir. ...
Müştəri məmnuniyyəti üzrə qrup rəhbəri
Kontakt Home Müştəri məmnuniyyəti üzrə qrup rəhbəri vəzifəsi üzrə vakansiya elan edir. ...