Qısa məzmun
Ə/h 800-1000 AZN. Emsa Food MMC Catering üzrə supervisor vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifələr:
- Xidməti sahənin bütün struktur bölmələrinə operativ nəzarət etmək;
- Satış və istehsalat sahələrinin biznes proseslərinin optimallaşdırılması, xərclərin idarə edilməsi;
- Bölmələrinin daxili auditin aparılması;
- Maddi, maliyyə və əmək ehtiyatlarından səmərəli istifadəsinə nəzarət etmək.
- Mövcud müəssisələrin rentabelliyinin artırılması: xərclərin optimallaşdırılması, rəsmi və faktiki qiymətqoymalara nəzarət, satışın təhlili.
- İşçilərin vəzifə öhdəliklərinə nəzarət etmək;
- Rəhbərliyin tapşırıqlarını vaxtında icra etmək.
- Catering şəbəkəsinin fəaliyyəti ilə bağlı inzibati və təşkilati məsələlərin həlli, planlaşdırma, işçi heyətinin idarə olunması:
- Xidməti sahə şəbəkəsinin fəaliyyətinin təşkili, planlaşdırılması və əlaqələndirilməsini həyata keçirmək.
Namizədlər üçün tələblər:
- Аli təhsili;
- Yaş həddi – 30-45 yaş;
- Cinsi – Kişi;
- Sahə üzrə 3 (üç) ildən аz оlmаyаrаq iş təcrübəsi;
- Yerli şirkətlərdə iş təcrübəsi;
- Komandada işləmə bacarığı, ünsiyyət, işgüzarlıq, idarəedicilik baxımından yüksək bacarıqlara sahib olmalı;
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyətinə sahib olmalı.
- Azərbaycan, rus və ingilis (arzu olunandır) dillərində savadlı yazı və mükəmməl şifahi vərdişlərə malik olmaq;
- Müstəqil işləməyi bacarmaq və eyni zamanda komandanın bir hissəsi olmaq;
- Mаliyyə şərаitini аnаliz еtməк qаbiliyyəti, prоblеmləri həll еtmək bаcаrığı;
- Windows, Word, Excel proqramların bilməsi.
- Ezamiyyətə hazır olmalı.
İş haqqında:
- İş qrafiki: həftənin 6 gün, saat 09:00-dan 18:00-dək.
- Şənbə günü – gısadılmış iş günü.
- Yataqxana, qidalanma və rabitə xərcləri şirkət tərəfindən ödənilir.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini (foto ilə) mövzu yerinə “Catering üzrə supervisor” yazaraq göndərilməsi xahiş olunur.
Əmək haqqı: 800-1000 manat.
Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq
Oxşar vakansiya siyahısı:
Ofisiant
Zivar Restoranı Ofisiant vəzifəsi üzrə vakansiya elan edir. ...
Restoran meneceri/Administrator
Zivar Restoranı Restoran meneceri/Administrator vəzifəsi üzrə vakansiya elan edir. ...