Qısa məzmun
FDI International Çayçı vəzifəsi üzrə vakansiya elan edir.
İş yeri: BAKU CİTY RESİDENCE satış ofisi
İş barədə məlumat:
- Rəhbərliyə və qonaqlara çay, kofe, su təklif edilməsi.
- Mətbəxin daimi təmizliyini təmin etmək
- Mətbəxə lazım olan mətbəx məvaciblərinin yazılı və şifahi sifarişi
- İstifadə etdiyi əşya və ləvazimatların gigiyenik olmasını təmin etmək;
- Mətbəx avadanlıqları və təmizlik ləvazimatlarından istifadə etmə bacarığı;
- Təhlükəsiz bir şəkildə işləmək, bütün sağlamlıq və təhlükəsizlik qaydalarına riayət etmək;
- Gündəlik tələblərin qarşılanması üçün hər zaman yetərli qədər stoku təmin etmək.
- İş qrafiki: Bazar ertəsi-Cümə ( 09:00-dan 18:00-dək )
- AR Əmək qanunvericiliyinə əsasən rəsmiləşdirmə
- Əmək haqqı: 400-450 AZN
Namizədə tələblər:
- İşində cəld və səliqəli olmalı;
- Bacarıqlı, gülərüz, nizam -intizamlı olmalı
- Verilən tapşırıqları vaxtında və keyfiyyətlə icra etməli
- İş zamanı şirkət daxili və etik qaydalara ciddi əməl etməli
- Azərbaycan dilində səlist danışmalı, qrammatik cəhətdən mükəmməl bilməli digər dillər arzuolunandır
- Xoş və səliqəli zahiri görünüş
- Yaş: 20 – 40 yaş (yalnız xanım namizədlər)
Qeyd: Xahiş edirik namizədlər şəkilli CV-lərinizi yuxarıda qeyd olunan email adresinə göndərəsiniz.