Qısa məzmun
METAK Çilingər-hidravlik vəzifəsi üzrə vakansiya elan edir.
İşin təsviri:
- Yüksək təzyiq altında çalışan vurma press dəzgahlarının və mürəkkəb formalı maşınqayırma sahəsi üzrə dəzgahların hidravlik sisteminin stabil işini təmin edir;
- Avadanlıqların hidravlika hissəsinin fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanmasını, eləcə də dəzgahların hidravlika sahəsinə baxış, texniki sınaq və profilaktik təmir işlərini təmin və təşkil edir;
- Avadanlıqların vaxtından əvvəl sıradan çıxma səbəblərini aydınlaşdırır və onların aradan qaldırılması üçün müvafiq tədbirləri həyata keçirir;
- Yağ nasoslarının təmizlənməsini və nasaz olanların dəyişdirilməsini təmin edir;
- Hidravlik sistemləri verilən təzyiqə və yağ sərfiyyatına uyğun nizamlayır;
- Təkrar soyutma diyircəklərinin yağlanmasını təmin edir;
- Yağ filtrlərinin təmizlənməsini və yuyulmasını təmin edir
İşə dair tələblər:
- İş təcrübəsi: 3-5 il;
- Hidravlik və mühərrik sistmeləri üzrə təcrübəsi olan;
- İş planlama və təşkil etmə bacarığı olan;
- Məsuliyyətlik, düzgünlük, işdə dəqiqlik.
İş şəraiti:
- Əmək haqqı danışıq əsasında;
- İş qrafiki: 6 günlük iş həftəsi;
- Nahar şirkət tərəfindən verilir;
- Nəqliyyat xidməti şirkət tərəfindən göstərilir.
Maraqlananlar saytda onlayn-anketi dolduraraq https://job.metak.az/vacancy/show/44 və ya hr@metak.az ünvanına CV göndərərək 18.03.2022 – ci il tarixinə kimi müraciət edə bilərlər.
Yalnız göstərilən meyarlara uyğun olan namizədlər müsahibəyə çağırılacaq.
Mənbə: jobsearch.az
Oxşar vakansiya siyahısı:
Matanat A şirkəti Planlama üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Smeta üzrə mühəndis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Avtoelektrik vəzifəsi üzrə vakansiya elan edir. ...
AGA Şirkətlər Qrupu Layihəçi elektrik mühəndisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Laborant vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu SƏTƏM üzrə mühəndis vəzifəsi üzrə vakansiya elan edir. ...
Maple Trading şirkəti İstehsalat bölmə nəzarətçisi (baş qənnadçı) vəzifəsi üzrə vakansiya elan edir. ...
Maple Trading şirkəti İstehsalat koordinatoru vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Növbə nəzarətçisi ( Hacıqabul ) vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Növbə nəzarətçisi ( Hacıqabul ) vəzifəsi üzrə vakansiya elan edir. ...