CNC operatoru
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. METAK CNC operatoru vəzifəsi üzrə vakansiya elan edir. Ölçmə işləri üçün bəsit riyazi biliklər olmalıdır.

Öz fəaliyyətinə 1997-ci ildə başlamış və ilkin olaraq polad boruların ölkəyə idxalı və daxili bazarda satışı ilə məşğul olan şirkətimizin adı artıq bütün ölkədə nüfuz qazanmışdır. Şirkətin istehsal sexlərində 2000-ci ildən müxtəlif metallardan döymə məmulatları hazırlanmağa, 2003-cü ildən polad boru kəməri elementləri (dirsək və keçidlər), 2005-ci ildən isə müxtəlif təyinatlı tikinti-quraşdırma işləri üçün nəzərdə tutulan tikinti işkələləri və dirəkləri istehsal olunmağa başlanmışdır. Həmçinin, 2005-ci ildən bazar tələbatını nəzərə alaraq yüksək keyfiyyətli polipropilen xammalından hazırlanan və öz sərfəliliyi və uzunömürlülüyü ilə seçilən plastik boru və fitinqlərin istehsalına başlamışıq. METAK şirkətinin nüfuzunu həm istehsal etdiyi mallara ölkə miqyasında olan tələbatdan, həm də Rusiya, Ukrayna, Gürcüstan, Qazaxıstan və digər MDB bazarlarında dünya üzrə aparıcı istehsalçılarla uğurla apardığı rəqabətdən də aydın görmək olar. Hal-hazırda METAK brendi altında alıcılara 2500-ə yaxın məhsul çeşidi təklif olunur. 2017-ci ildə METAK 20 illik yubileyini qeyd etmişdir və 650 nəfərlik əməksevər kollektivi ilə yeni parlaq nailiyyətlərə imza atmağı qarşısına məqsəd qoymuşdur.

CNC operatoru

İşin təsviri:

  • Rəqəmli Proqram İdarəetmə (CNC) — torna dəzgahlarını işə buraxmaq və istismar etmək;
  • CNC-Torna dəzgahının sazlanması, verilmiş cizgilərə (tapşırığa) uyğun olaraq proqramların və texniki parametrlərin yazılması;
  • Proqrama uyğun olaraq dəzgahın kəsici alətlərinin (kəsicilərin, burğuların, bıçaqların) və digər işləyən elementlərinin seçilməsi, alət bloklarına quraşdırılması, bütün bölmələrin və mexanizmlərin tənzimlənməsi;
  • Pəstahların dəzgaha yerləşdirilməsi üçün tutucu patronun pəstaha uyğun sazlanması;
  • Vaxtaşırı və mütəmadi olaraq kəsici alətlərə nəzarət, onların dəyişdirilməsi, lazımi qaydada və ölçüdə itilənməsi, emal olunan detalların ölçülərinin cizgilərə uyğunluğunun yoxlanılmasını həyata keçirmək;
  • Nəzarət və ölçü əməliyyatları, işlənmiş detalların ölçüsünün texniki göstəricilərə uyğunluğunun ölçülməsi və nəzarəti;
  • Siqnal lampaları və rəqəmsal ekranlar vasitəsilə dəzgahın düzgün işləməsinə nəzarət, kəsici alətin vaxtaşırı yoxlanılması;
  • Təlimatlara və standartlara uyğun olaraq CNC-torna dəzgahlarını təmizləmək və onlara texniki xidmət göstərmək;
  • CNC-torna dəzgahlarında baş verən qəzaları aradan qaldırmaq və sex rəisinə məlumat vermək.

Tələblər:

  • Təhsil: Ali və ya orta texniki;
  • Yaş həddi: 22 – 35 yaş;
  • İstifadə edilən əlvan metalların xarakterik xüsusiyyətlərini bilməli;
  • Ölçmə alətlərinin və ya avtomat sistemlərinin istismarını bilməli;
  • Ölçmə işləri üçün bəsit riyazi biliklər;
  • Təhlükəsizlik texnikası və əməyin mühafizəsi qaydalarının tələblərinə uyğun işin təşkili;
  • İş yerinin hazırlanması və təmizlənməsi.

İş şəraiti:

  • İş qrafiki: növbəli
  • Nahar və nəqliyyat xidməti şirkət tərəfindən təmin olunur.

Maraqlananlar saytda onlayn-anketi dolduraraq https://www.metak.az/resume/resume.php?vid=117 və ya hr@metak.az ünvanına CV göndərərək 30.12.2020 – ci il tarixinə kimi müraciət edə bilərlər.

Yalnız göstərilən meyarlara uyğun olan namizədlər müsahibəyə çağırılacaqlar.

Oxşar vakansiya siyahısı:

1200₼
Layihələrin idarə olunmasi üzrə koordinator

PRO CON izo Layihələrin idarə olunmasi üzrə koordinator vəzifəsi üzrə vakansiya elan edir. ...

PRO CON izo

06.01.2025 - Bakı

Kimyəvi analizlər üzrə laborant

Mətanət A Kimyəvi analizlər üzrə laborant vəzifəsi üzrə vakansiya elan edir. ...

Mətanət A

29.12.2024 - Bakı

Hazır məhsul müfəttişi

Matanat A şirkəti Hazır məhsul müfəttişi vəzifəsi üzrə vakansiya elan edir. ...

Matanat A

29.12.2024 - Bakı

Avtomatika mühəndisi

Mətanət A Şirkətlər Qrupu Avtomatika mühəndisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Matanat A

29.12.2024 - Bakı

İstehsal üzrə növbə rəisi

Mətanət A Şirkətlər Qrupu stehsal üzrə növbə rəisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Mətanət A Şirkətlər Qrupu

28.12.2024 - Bakı

Avtomatika mühəndisi

Mətanət A Şirkətlər Qrupu Avtomatika mühəndisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Matanat A

27.12.2024 - Bakı