Qısa məzmun
Sienmar Engineering Construction Manager vəzifəsi üzrə vakansiya elan edir.
Öhdəliklər:
- Müştəri sahəsinə baxış keçirərək, lazımı işlərin siyahısının tərtib edilməsi və qiymətləndirilməsi
- Təqdim eidlmiş layihe üzrə lazımı materialları təyin edib smeta sənədlərinin hazırlanması
- Layihe iş icra planının (Method statement) ve layihə iş qrafikinin (schedule) hazırlanması
- Layihə risklərinin dəyərləndirilməsi (Risk assessment) hazirlanmasinda SƏTƏM-ye lə qarşılıqlı çalışmaq və dəstək göstərmək
- İcra olunan inşaat layihələrini nəzarətdə saxlamaq (istifadə olunan tikinti materiallarının, konstruksiyalarının, layihə üzrə təsdiq olunmuş materialların standartlara və tikintidə texniki şərtlərə uyğunluğuna nəzarət edilməsi);
- Layihənin icrası zamanı müştəri görüşlərində iştirak etmək
- Layihə icrası zamanı gedişat haqda həfləlik və aylıq hesabatların tərtib olunması və müştəriyə təqdim edilməsi
- Layihə üzrə tikinti prosesləri planının, iş qrafikinin və ümumi iş həcminin müəyyən olunması, layihə zamanı iş həcmlərinin yoxlanılması və düzgünlüyü haqqında lazımı sənədlərin tərtib olunması;
- Layihələrin təqvim planı üzrə icrası, vaxtında və keyfiyyətlə tamamlanması və təhvil verilməsinə görə cavabdehlik daşıması;
- Layihənin bütün hissələrinin biri-biri ilə və müvafiq sənədlərlə əlaqəsinin təmin edilməsi;
- Tikinti və quraşdırma standartları və spesifikasiyaların tələblərinə uyğun layihə-smeta sənədlərini və tapşırıqları tərtib etmək, layihələrin təqvim üzrə planlamasını yerinə yetirmək, müvafiq inşaat hesabatların və cədvəllərini tərtib etmək;
- Təqdim olunmuş layihə-smeta sənədlərində olan uyğunsuzluqların müəyyən edilməsi və aradan qaldırılması üçün təkliflər hazırlamaq;
- Layihə icrası zamanı mövcud dəyişikliklərə əsasən smeta sənədlərinə düzəlişlər etmək və baş direktora təsdiq üçün təqdim etmək;
- Layihə-smeta sənədlərinin vaxtında təqdim edilməsini təmin etmək;
- Layihədəki büdcə risklərini təhlil etmək;
- Sahələrdə icra olunan tikinti və təmir layihələrinə dair aylıq hesabatların (Forma 2, Forma 3, məxaric təhlili) layihəyə uyğun müəyyənləşdirərək hazırlamaq
- Sahələrdə icra olunan və/ və ya icra olunmuş işlərlə bağlı təqdim edilən hesabatların yoxlanılması;
- Tikinti layihəsinə cəlb edilmiş subpodratçı şirkətlərin işlərinin koordinasiyasının təşkil olunması;
- İnşaat layihəsinin təchizat qrafikinin təşkil edilməsi;
- Başa çatmış inşaat layihələrin təhvil-təslimində iştirak etmək;
- Bütün layihələrin yoxlanılması, layihələrdəki yanlışlıqların aradadn qaldırılması və prosesin idarə edilməsi.
Tələb olunan bilik və bacarıqlar:
- Müvafiq sahə üzrə ən azı 7 il təcrübə;
- Yerli iri və xarici tikinti şirkətləri ilə iş təcrübəsi
- AUTOCAD program təminatında işləmə bacarığı
- Microsoft program təminatlarında işləmə bacarığı
- Azərbaycan Respublikası Tikinti qanunvericiliyi və tikinti norma və qaydaları;
- Tikintinin inkişafına, layihə və tikinti işlərinin aparılmasına aid dövlət qurumlarının qərar, sərəncam və göstərişlərini, metodiki normativ və digər rəhbər materialları;
- İşlənib hazırlanmış layihələrə qoyulmuş texniki, bədii, iqtisadi, ekoloji, sosial və digər tələbləri;
- Tikinti materiallarının və konstruksiyaların növ və xüsusiyyətlərini;
- Layihə və tikinti-iqtisadi hesablamaların aparılması metodlarını;
- Layihələndirmə və tikinti işində qabaqcıl təcrübəni;
- Şəxsi avtomobilin olması mütləqdir.
Əmək haqqı: Aylıq 1200-1500 AZN (təcrübədən asılı olaraq) + layihə bonusları
Müraciət edin:
Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi başlıqda “Construction Manager” qeyd edərək göndərməyiniz xahiş olunur. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Mənbə: jobsearch.az
Oxşar vakansiya siyahısı:
PRO CON izo Layihələrin idarə olunmasi üzrə koordinator vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Kimyəvi analizlər üzrə laborant vəzifəsi üzrə vakansiya elan edir. ...
Matanat A şirkəti Hazır məhsul müfəttişi vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Avtomatika mühəndisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu stehsal üzrə növbə rəisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Avtomatika mühəndisi vəzifəsi üzrə vakansiya elan edir. ...