Qısa məzmun
GLA Content Manager vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Müxtəlif sosial platformalar üçün reklam məhsullarının mahiyyətini əks etdirən yaradıcı sloqan, ad və mətnlərin yazılması;
- Müxtəlif formatda reklam mətni və kontentlərin hazırlanması;
- Müştərilərin diqqətini cəlb edəcək satışyönümlü mətnlər hazırlamaq;
- Hədəf qrupu və bazarı araşdıraraq yeniliklərin izlənilməsi, onların işdə tətbiqi və kreativ həllər təklif etmək;
- Fikirləri fərqli və yaradıcı formada təqdim etmək bacarığı;
- Ayrı-ayrı ideyalarla bərabər, ilk addımdan yekun məhsula qədər tam konseptlərin hazırlanması;
- Bütün layihələrdə brendin kommunikasiya tərzinə uyğunluğu təmin etmək;
- Görülən layihələrlə bağlı digər struktur bölmələrlə qarşılıqlı əməkdaşlıq aparmaq;
Tələblər:
- Filologiya, jurnalistika və ya marketinq sahəsində ali təhsil azru olunandır;
- Azərbaycan və rus dilləri üzrə səlis danışıq və yazma bacarığı, ingilis dili üzrə biliklər üstünlükdür;
- Yüksək səviyyədə kompüter bilikləri (sürətli araşdırma, Microsoft Office proqramlarında operativ çalışma);
- SEO konsepsiyaları haqqında anlayış üstünlükdür;
- Müvafiq sahədə minimum 2-3 il iş təcrubəsi;
- Kollektivlə işləmə bacarığı;
- Yüksək məntiq və analiz qabiliyyəti;
- İş qrafiki: sərbəst;
- Əmək haqqı: iş yükündən asılı olaraq razılaşma əsasında müəyyən ediləcək.
P.s Kibersporta marağı və həvəsi olan namizədlərə üstünlük verilir.
Maraqlanan namizədlər, təcrübəsindən ibarət portfolio və CV formasını career_azerbaijan@database.az elektron poçt ünvanına mövzu hissəsində müvafiq vakansiyanın adını qeyd etməklə göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
Kontent yaradıcısı
Kontakt Home Kontent yaradıcısı vəzifəsi üzrə vakansiya elan edir. ...
Kopirayter Olivia (Kosmetika və özünə baxım)
Kontakt Home Kopirayter vəzifəsi üzrə vakansiya elan edir. Sürətlə yazma bacarığı olmalıdır. ...
Kopirayter
Kontakt Home Kopirayter vəzifəsi üzrə vakansiya elan edir. Sürətlə yazma bacarığı olmalıdır. ...
Kontent üzrə mütəxəssis
Kontakt Home Kontent üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...