Qısa məzmun
ROOF Academic Training Copywriter vəzifəsi üzrə vakansiya elan edir
İş rejimi: Həftədə 6 gün
İş vaxtı: Həftə içi 10:00-19:00; şənbə günü 10:00-17:00
Əmək haqqı : 500-600 AZN
İş haqqında:
- Post mətnlərinin yazılması,postların sosial şəbəkələrdə nə zaman paylaşılması haqda analizlərin edilməsi və prosesin icrasını həyata keçirtmək.
- Nəticəsi uğurlu olan xidmətlərdən istifadə edən tələbələrin məlumatlarının əldə edilib sosial şəbəkələrdə paylaşılması
- Məlumatları araşdırmaq və analiz aparıldıqdan sonra post textlərin və məlumatların yazılması və göndərilməsi,
- Xəbər saytları üçün digər platformalarda paylaşılacaq məlumatların yazılması, çap məhsullarının hazırlanması və yazısı
- Roof Academic Training şirkətinin sosial media hesablarına gələn mesajların cavablandırılması,instagram hesabı üçün hərəkətli storilərin hazırlanması,youtube səyfəsinin idarə edilməsi
- Veb saytından gələn məlumatları sistemə daxil edilməsi,Veb saytla bağlı dəyişiklərin hazırlanması
- Sərgilərin və tədbirlərdə iştirak etmə, yeni məhsulların hazırlanması ilə bağlı danışıqların aparılması, ümumi prosesə dəstək
- Qeydiyyat üçün linklərin hazırlanması
Tələblər:
- Dil bilikləri:Azərbaycan dili (ana dili),ingilis dili(orta),rus dili(orta)
- İş təcrübəsi: 1 ildən 3 ilə qədər
- Təşəbbüskarlıq və kreativlik, komandada işləmək, təqdimat aparmaq,operativlik, iş bitiricilik;
- Yaxşı səviyyədə MC Office proqramlarını bilmə
CV ilə bərabər portfoliyonu da göndərmək tələb olunur.
Ofis Nərimanov və Gənclik metrolarına piyada məsafədə yerləşir. İqtisad Universitetinin Gənclik korpusunun yaxınlığı.
Uyğun və maraqlanan şəxslər CV-lərini “Copywriter” başlığı ilə e-mail ünvanına göndərə bilərlər
Oxşar vakansiya siyahısı:
Kepro Estetik Klinika SMM mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Azərbaycan Hava Yolları QSC Aparıcı Rəqəmsal Analitika Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Kontakt Home Məhsul üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Ram Solutions MMC Sosial Media Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edur. ...