Qısa məzmun
Honours Academy Copywriter vəzifəsi üzrə vakansiya elan edir. Komanda ilə işləmək bacarığı olmalıdır.
Namizədə tələblər:
- Yaş: 20-30
- İş təcrübəsi: 1 il (Sahə üzrə təcrübəçi fəaliyyəti)
- Marketinq və satış sahəsində yüksək fəlsəfi düşüncə forması
- Dil bilikləri: Azərbaycan dili (əla), İngilis dili (yaxşı) , Rus dili (arzuolunandır)
- Operativlik və çeviklik
- Planlama bacarıqlarının yüksək səviyyədə olması
- Stressə davamlı
- Səlis nitq qabiliyyəti,
- Yüksək məntiqi təfəkkür
İş barədə məlumat:
- Akademiyanın sosial şəbəkələr üzrə paylaşımlarının planlanması
- Sosial şəbəkələr üzrə paylaşımların kontentinin və infolarının yazılması
- Sayt və platformalar üçün kontentlərin hazırlanması (peşəkar tərzdə)
- Bloq, Xəbər, Press-reliz tipli kontentlərin yazılması
- Youtube və digər istiqamətli videolar üçün ssenarilərin yazılması
- Marketinq direktorunun və Şirkət rəhbərliyinin digər tapşırıqlarının vaxtında və dəqiq icrası
Namizədə adı çəkilən işlər üzrə gərəkli təlimlər təşkil olunaraq, iş prosesi tam öyrədiləcək.
Həmçinin namizədin bilik və bacarıqlarından asılı olaraq potensial karyera yüksəlişi və vəzifə artımı üçün imkanlar veriləcək.
İş qrafiki:
- Bazar ertəsi – şənbə (6 günlük iş qrafiki)
Saat: 09:00-18:00
Əmək haqqı: Əmək haqqı namizədin bacarıqlarına və işə yanaşma ciddiyətinə görə qarşılıqlı şəkildə razılaşdırılacaq.
Göstərilən tələb və öhdəliklərə uyğun namizədlər “Kontent menecer” başlığından istifadə edərək öz CV və Sosial Şəbəkə hesablarının ünvanlarını cv@honours.academy ünvanına göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
İctimai Televiziya və Radio Yayımları Şirkəti Efir koordinatoru (təcrübəçi) üzrə vakansiya elan edir. ...