Qısa məzmun
Saffron Group
Vəzifə öhdəlikləri:
- Korporativ sayt, reklam və məhsullara dair sloqan, ad və mətnlərin hazırlanması, redaktəsi, korrektəsi və yenilənməsi;
- Unikal konseptlərin hazırlanması
- Sayt və sosial şəbəkələr üçün yaradıcı mətn və sloqanların yazılması,təqdimatı və tətbiqi;
- Video və audio reklam çarxları, eləcə də tele və radio verilişlər üçün ssenarilərin yazılması;
- Xəbər və press-reliz mətnlərinin hazırlanması;
- Şirkət rəhbərliyinin ictimai çıxışları üçün nitqin hazırlanması.
Tələblər:
- Müvafiq vəzifədə 1 ildən çox təcrübə
- Azərbaycan və İngilis dilində səlis yazı və danışıq bacarığı
- Konseptual düşüncə, kreativlik və deadline ilə işləmə bacarığı
- Agentlik təcrübəsi üstünlükdür
Rəqəmsal Marketinq üzrə mütəxəssis:
- Rəqəmsal marketinq üzrə bazar araşdırması, strategiyasının qurulması, planlaşdırılması və həyata keçirilməsi
- Mövcud strategiyanın idarə edilməsi;
- Müxtəlif rəqəmsal marketinq kanalları üzrə kommunikasiya planının hazırlanması və icrası
- Hesabatların tərtibi, analizi və avtomatlaşdırılması.
- Google ads, Instagram, Facebook, Linkedin və digər reklam platformalarında mövcud reklam kampaniyaların optimizasiyası;
- Yeni reklam kampaniyalarının planlaşdırılması və effektiv icrası
- Əldə olunmuş məlumat əsasında nəticə və təklif formalaşdırmaq. Mövcud datanın necə istifadə olunması təkliflərinin verilməsi
- Yeni trendlərin araşdırılması və işdə tətbiqi
Tələblər:
- Müvafiq vəzifədə 1 ildən çox təcrübə
- DATA ilə işləmə bacarığı
- SEO və SEM, marketinq üzrə məlumat bazası, email, sosial media və Display ads kampaniyalarının idarəsi üzrə təcrübə;
- Azərbaycan və İngilis dilində səlis yazı və danışıq bacarığı
- Konseptual düşüncə, kreativlik və deadline ilə işləmə bacarığı
- Agentlik təcrübəsi üstünlükdür
Vakansiya üçün yalnız Azərbaycan vətəndaşlığı olan şəxslərin müraciət etməsi tövsiyyə olunur.
Yalnız ilkin seçim mərhələsini keçən namizədlərlə əlaqə saxlanılacaq.
Müraciətlər üçün son tarix – 17 Avqust, 2021.
Oxşar vakansiya siyahısı:
Məhsul üzrə menecer
Kontakt Home Məhsul üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...