Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Embawood CRM analitik vəzifəsi üzrə vakansiya elan edir
İş qrafiki: 5 günlük / saat 09:00 – 18:00
İşin təsviri:
- Şirkətlərin müştəriləri haqqında məlumatları idarə etmək və təhlil etmək.
- Müştəri bazasının seqmentləşdirilməsi (klasterizasiya, təsnifat, modelləşdirmə, proqnozlaşdırma).
- Müştərilərin uzunmüddətli vərdişlərinin müəyyən edilməsi.
- Müştəri davranışlarına təsir edən əsas meyarların müəyyən edilməsi.
- Müştərin tələblərini müəyyən etmək və bu ehtiyacları ödəmək üçün strategiyalar hazırlamaq.
- Müştəri ehtiyacı dövrünün (customer journey) inkişafı və optimizasiyası üçün data analizi metodları tətbiq etmək.
- Bazar tendensiyalarını aşkar etmək.
- Kampaniyaların nəticələrini qiymətləndirmək üçün məlumat təhlilinin aparılması.
- Daha effektiv reklam kampaniyaları hazırlamaq üçün marketinq şöbələri ilə əməkdaşlıq etmək.
- Biznes tələblərini müəyyənləşdirmək və müvafiq bölmələrə hesabat vermək.
- Böyük həcmli məlumatların təhlili və işlənməsi.
Tələblər:
- Ali təhsil.
- Müvafiq sahədə ən azı 1 il iş təcrübəsi.
- Analitik düşüncə.
- Statistik təhlil dilləri ( R və ya Python) biliklərinə sahib olanlara üstünlük veriləcək.
- Power BI, SQL biliklərinə sahib olanlara üstünlük veriləcək.
Xahiş olunur CV göndərərkən mövzu yerinə tələb olunan vakansiyanı “CRM analitik” qeyd edib göndərəsiniz.