Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Kontakt Home CRM manager vəzifəsi üzrə vakansiya elan edir. Azərbaycan və rus dillərini bilməlidir.
Vəzifə öhdəlikləri:
- Müştəri bazasına Email və Push göndərişlər hesabına gəlirin artırılması;
- Davranışa uyğun olaraq istifadəçilərin seqmentasiyası;
- Statistik məlumat bazası, onların təhlili və seqmentasiyası istiqamətində mütəmadi iş aparmaq;
- Hədəf auditoriyasının təhlili əsasında kommunikasiya planının hazırlanması;
- Nəzəriyyələrin düşünülməsi və yoxlanılması, A/B testlərinin aparılması və onların əsasında qərarların qəbul edilməsi;
- Müştərilərin davranış yollarının mükəmməlləşdirilməsi (customer journey map);
- Natamam sifarişlərin konversiya faizini artırmaq;
- Hesabatların hazırlanması, planlama və proseslərin təhlili;
- Müxtəlif parametrlər üzrə müştəri bazasının təhlili və seqmentasiyası;
- Təkrar və yeni sifarişlərin artırılması istiqamətində iş aparmaq.
Tələblər:
- Ali təhsil;
- Azərbaycan və rus dillərini bilməli;
- Uyğun vəzifə üzrə iş təcrübəsi – 3 ildən az olmayaraq;
- Email və Push göndəriş servisləri və CRM sistemləri ilə iş təcrübəsi;
- Effektivliyin dəyərləndirilməsi üzrə əsas göstəriciləri bilməli (Open Rate, Bounce Rate, Conversion Rate);
- CRM sistemlərinin inteqrasiyası və quraşdırılmasında təcrübənin olması arzuolunandır;
- iznes proseslərin yaradılması və avtomatlaşdırılması üzrə iş təcrübəsi;
- Təşkilatçılıq, planlaşdırma qabiliyyəti və büyük məlumat həcmi ilə iş bacarığı;
- Məsuliyyət, analitik və sisitematik düşüncə tərzi;
- Digital yönümlü olmalı.
İş şəraiti:
- İş günləri: I-V günlər, istirahet günü: şənbə, bazar
- Rəqabətqabiliyyətli əmək haqqı
Bizim şən və mehriban kollektivimizə, həmçinin dolğun korporativ həyatımıza qoşulmaq istəyirsinizsə, linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.
Oxşar vakansiya siyahısı:
Optik məsləhətçi
Focus Optika Optik məsləhətçi vəzifəsi üzrə vakansiya elan edir. ...
Müştəri məmnuniyyəti üzrə qrup rəhbəri
Kontakt Home Müştəri məmnuniyyəti üzrə qrup rəhbəri vəzifəsi üzrə vakansiya elan edir. ...