Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Group Motors CRM üzrə menecer vəzifəsi üzrə vakansiya elan edir. Microsoft Office proqramını bilməlidir.
Vəzifə öhdəliklər:
- Servisə gələn müştərilərin şikayətlərini analiz etmək, e-mail şəklində supervayzerlərə ünvanlayıb əldə edilən cavaba əsasən müəyyən tədbirlər görmək, (endirim, yenidən servisə dəvət etmək və.s);
- Uzun müddət servisə müraciət etməyən müştəilərlə əlaqə saxlayıb rəylərini öyrənmək; həmin rəylər əsasında təkliflər hazırlamaq rəhbərliyə prezentasiya formasında təqdim etmək;
- Hər ay servisə gələn toplam müştəri içərisindən minimum 30 olmaqla 40-a qədər müştəri ilə əlaqə saxlayıb servisin ümümi məmnunluq indeksini müəyyənləşdirmək; prezentasiya formasında rəhbərliyi məlumatlandırmaq;
- Servis qəbulçularının və Satış üzrə məsləhətçilərin KPİ-nın hesablanılması ;
- Servisə ay ərzində 2 dəfə və daha çox müraciət edən müştərilərin online e-mail vasitəsilə izlənilməsi və problemin yerindəcə aşkarlanıb aradan qaldırılması;
- Hər ayın sonunda ay üzrə satılmış avtomobillərin sahibləri ilə əlaqə saxlanılaraq umumi satış məmnunluq indeksinin müəyyənləşdirilməsi; hesabat və prezentasiya formasında rəhbərliyə çatdırılması;
- Müştəri xidmətləri üzrə koməkçilərin iş prosesinin yoxlanılması; hesabatların vaxtında təhvil verilməsinə nəzarət ;
- Birbaşa rəhbərinin və direktorun tapşırılarının yerinə yetirilməsi; gündəlik aylıq hesabatlar haqqında direktora məlumat verilməsi;
- Müştəri xidmətləri, Təlim və Keyfiyyətə nəzarət şöbəsinin fəaliyyətində birbaşa iştirak etmək;
- Rəhbərlikdən alınan tapşırıq əsasında öz işini təşkil etmək.
Namizədlərə tələblər:
- Xanım namizədlər ;
- Yaş: 18-35;
- Qeyd olunan sahədə minimum 1 il iş təcrübəsi;
- Ali təhsil;
- Azərbaycan, rus və ingilis dillərini bilməli;
- Ciddi kollektivdə işləmə bacarığı yüksək səviyyədə olmalıdır;
- Fikrini izah etmək qabliyyəti, ünsiyyət yaratmaq bacarığı;
- Stres altında işləmə qabiliyyəti;
- Eyni zamanda müxtəlif işləri görmək qabiliyyəti;
- Fəal və işə planlı yanaşma.
Xahiş edirik, vəzifə ilə maraqlanan şəxslər (namizədlər) öz tərcümeyi-hallarını (CV) “mövzu” yerinə “CRM üzrə menecer” qeyd etməklə cv@groupmotors.az elektron poçt ünvanına göndərsinlər
Oxşar vakansiya siyahısı:
500₼
Satınalmalar üzrə kiçik mütəxəssisMaple Trading şirkəti Satınalmalar üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
500 — 600 ₼
Satınalmalar üzrə aparıcı mütəxəssisMaple Trading LLC Satınalmalar üzrə aparıcı mütəxəssis vakansiyasını elan edir. ...
1200 — 1500 ₼
Anbardar (Avtomobil Ehtiyyat hissələri üzrə)175 Yükdaşıma və Evakuasiya Anbardar (Avtomobil Ehtiyyat hissələri üzrə) vəzifəsi üzrə vakansiya elan edir. ...
500₼
WMS OperatorƏ/h razılaşma yolu ilə. Logist LLC WMS Operator vəzifəsi üzrə vakansiya elan edir. ...