Customer Relations Manager
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Vəzifənin rolu:

Bu vəzifənin rolu yüksək keyfiyyətli müştəri xidmətini təmin etməkdir.

Vəzifə öhdəlikləri:

  • Müştəri xidmətinin keyfiyyətini təkmilləşdirir, müştəriləri cəlb edir və təbii artımı təşviq edir
  • Müştərilərin problemlərini müstəqil olaraq aşkar edib həll edir
  • Müştəri əlaqələrinin siyasət və prosedurlarını marketinq strategiyasına uyğun qurur
  • Mağaza işçilərinin müştəri əlaqələri təlimatlarının uyğunluğuna nəzarət edir
  • Effektiv müştəri loyallığı proqramını yaradır və həyata keçirir
  • Müştəri əlaqələrin effektivliyinin və müştəri məmnuniyyətinin artması üçün müştəri əlaqələrin statistikasını və fəaliyyətlərini təhlil edir və nəzarət edir
  • Müştəri əlaqələrin büdcəsini düzgün bölüşdürür və bütün xərclərə nəzarət edir

Əsas tələblər:

Təhsil:

  • Ali təhsil dərəcəsi Marketinq ixtisası üzrə üstünlükdür
  • Müştəri əlaqələri üzrə menecment, Marketinq, Müştəri Analizləri üzrə sertifikatlar

Təcrübə:

  • Marketinq sahəsində ən azı 5 il iş təcrübəsi
  • Menecer vəzifəsində ən azı 3 il iş təcrübəsi

Professional biliklər:

  • Müştərilərə xidmət prinsipləri və təcrübələri haqqında biliklər
  • Layihənin idarə olunması
  • Səlis Rus dili, İngilis dili orta səviyyədə
  • MS Office Proqramları

Professional bacarıqlar və kompetensiyalar:

  • İdarəetmə bacarığı
  • Analitik düşüncə
  • Təşkilati bacarıqlar
  • İşgüzar ünsiyyət bacarıqları
  • Nəticəyə yönümlülük
  • Problem həll etmə
  • Qərar vermək bacarığı

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Müştəri Əlaqələri üzrə Menecer” qeyd edərək göndərə bilərlər.

Oxşar vakansiya siyahısı:

500₼
Qeydiyyatçı

1st Fitness Qeydiyyatçı vəzifəsi üzrə vakansiya elan edir. Nahar yeməyi şirkət tərəfindən ödənilir. ...

1st Fitness

22.07.2024 - Bakı