Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Yelo Bank CVM şöbəsində Kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. Ünsiyyət qurmaq bacarığı olmalıdır.
Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda “CVM şöbəsində Kiçik mütəxəssis” vakansiyasını elan edirik.
Siz elektron poçtun “mövzu” yerinə “CVM_Kiçik mütəxəssis” qeyd etməklə öz CV-lərinizi jobs@yelo.az ünvanına göndərə bilərsiniz.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
Struktur: CVM şöbəsi
Vəzifə: Kiçik mütəxəssis
Bilavasitə tabeçiliyi: Şöbə meneceri
Vəzifə öhdəlikləri:
- Gəlirli və müpştəri yönümlü təkliflər dəstinə nail olmaq məqsədi ilə şirkətin məhsul və xidmət portfelinin uyğunlaşdırılması üçün data analitika əsasında təkliflərin verilməsi;
- Layihənin və ya proqramın həyata keçirilməsini əsaslandırmaq üçün biznes halların hazırlanması (biznes halları faydanın, xərcin və riskin analitik əsaslandırılması funksiyasını daşıyır);
- Müştərinin saxlanılması, əldə olunan gəlir, istifadə, və göstəricilər baxımından hər bir kampaniya rentabelliyinin (ROI) izlənilməsi və qiymətləndirilməsi üzrə müvafiq hesabatların hazırlanması;
- Mövcud sistemlərin və proseslərin təkmilləşdirilməsi, həmçinin, müsbət dəyişikliklərin sonadək tətbiqinə dair rəyin verilməsi;
- Müştəri istifadənin stimullaşdırılması təşəbbüsləri, artan/çarpaz satış və saxlama kampaniyaları kimi hədəf marketinq kampaniyalarının icrası.
Tələblər:
- İqtisadiyyat, marketinq, tətbiqi riyaziyyat və digər əlaqəli sahələr üzrə ali təhsil;
- Biznesin data analitikası, məlumatların təhlili və işlənməsi üzrə əsas biliklər;
- Yüksək Excel bilikləri;
- SQL kodlaşdırma dilləri üzrə əsas bacarıqların olması mütləqdir;
- Stata, R, Phyton və digər statistik alətlər üzrə əsas biliklərin olması arzuolunandır;
- Təhlil bacarığı;
- Problem həlletmə bacarığı;
- Komanda işi və əməkdaşlıq bacarığı;
- Azərbaycan və İngilis dillərini bilməli;
- Ünsiyyət bacarıqları;
- CRM, məlumatların təhlili və işlənməsi və ya proqnozlaşdırma sahəsində, Telco, FMCG, maliyyə və digər müvafiq sektorlar üzrə minimum 1 illik iş təcrübəsinə malik olmaq arzuolunandır.
Biz Sizə nə təklif edirik:
- Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
- Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
- Könüllü tibbi sığorta proqramına qoşulma;
- Yığım sığortasına qoşulma imkanı;
- Müasir idarəetmə sistemi və mehriban kollektiv.
Oxşar vakansiya siyahısı:
https://qlor.me/m7byl3sgdk Təsvir Ensure the bank’s information security; Regularly check and evaluate networks and systems to identify security vulnerabilities; M ...
İnci Group of Companies Helpdesk vəzifəsi üzrə vakansiya elan edir. ...
Kontakt Home Proqram təminatı üzrə kiçik mühəndis vəzifəsi üzrə vakansiya elan edir. ...
Yelo Bank ASC Korporativ idarəetmə üzrə kiçik mütəxəssis / mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Aztelekom MMC QA Manager vəzifəsi üzrə vakansiya elan edir. ...
Expressbank ASC Rəqəmsal xidmətlərin tətbiqi şöbəsinin aparıcı/böyük mütəxəssisi (IT Biznes Analitik) vəzifəsi üzrə vakansiya elan edir. ...
“Rabitəbank” ASC Aparıcı proqramçı (PL/SQL üzrə) vəzifəsinə işə qəbul elan edir. ...
Xalq Bank Proqramlaşdırma İdarəsinin İnterfeyslərin tətbiqi şöbəsinin mütəxəssisi (Frontend developer) vəzifəsi üzrə vakansiya elan edir. ...