Qısa məzmun
AzerGold CJSC Dağ-mədən və hasilat sahələrinin koordinasiyası şöbəsinə müdir müavini vəzifəsi üzrə vakansiya elan edir.
Şirkət haqqında:
“AzerGold” QSC ölkə ərazisində əlvan və qara metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, bu metalların hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirir.
Vakansiyanın adı: Dağ-mədən və hasilat sahələrinin koordinasiyası şöbəsi, müdir müavini
- Şöbənin fəaliyyətini təşkil etməkdə iştirak etmək və təkliflərini bildirmək;
- Şöbə əməkdaşları tərəfindən tapşırıqların icra olunmasının keyfiyyətinə nəzarət etmək;
- Şöbə əməkdaşları arasında iş bölgüsünü səmərəli təşkil edilməsində şöbə müdirinə dəstək olmaq;
- Cəmiyyətin hasilat sahələrində istehsalat işlərinə nəzarətin aparılmasında iştirak etmək;
- Cəmiyyətin sifarişi əsasında hasilat sahələrində fəaliyyət göstərən yerli və xarici podratçı, subpodratçı və digər şirkətlərlə sağlam əlaqələrin qurulması və onların fəaliyyətinə nəzarət edilməsi üzrə görülən tədbilərin təşkil edilməsinə iştirak etmək;
- Cəmiyyətin hasilat sahələrinin, həmçinin şöbənin fəaliyyətinə dair hesabatların hazırlanmasında iştirak etmək;
- Cəmiyyətin hasilat sahələrində fəaliyyətin təkmilləşdirilməsi istiqamətində rəhbərliyə təkliflər vermək və təsdiqlənmiş təkliflərin həyata keçirilməsini təşkil etmək;
- Əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək;
Tələb olunan bilik, bacarıq və səriştələr:
- Hasilat sahələrinin idarəedilməsi prinsip və mexanizmlərini;
- Komanda ruhu, təşkilatçılıq, ünsiyyət bacarıqları, şəxsi və peşəkar inkişafa yönümlülük, analitik düşüncə.
- Dil və komputer bilikləri: Azərbaycan dili (mükəmməl), Rus və İngilis dili (yaxşı), Microsoft Office proqramlarını mükəmməl bilmək, Mühəndislik proqram təminatları (Autocad, Gemcom, Surpac və s.) ilə tanışlıq arzuolunandır.
- Dağ-mədən və geologiya sahəsi üzrə hər hansı sertifikatın olması arzuolunandır.
Tələb olunan təhsil və iş təcrübəsi:
- Müvafiq sahə üzrə ali təhsil.
- Dağ-mədən və ya geologiya sahəsi üzrə minimum 6 il iş təcrübəsinin və idarəetmə sahəsi üzrə minimum 3 il iş təcrübəsinin olması tələb olunur.
Göstərilən tələblərə uyğun namizədlər azergold.az saytının karyera bölməsindən qeydiyyatdan keçərək müraciət edə bilərlər.
Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.
Oxşar vakansiya siyahısı:
Matanat A şirkəti Planlama üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Smeta üzrə mühəndis vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu Avtoelektrik vəzifəsi üzrə vakansiya elan edir. ...
AGA Şirkətlər Qrupu Layihəçi elektrik mühəndisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Laborant vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A Şirkətlər Qrupu SƏTƏM üzrə mühəndis vəzifəsi üzrə vakansiya elan edir. ...
Maple Trading şirkəti İstehsalat bölmə nəzarətçisi (baş qənnadçı) vəzifəsi üzrə vakansiya elan edir. ...
Maple Trading şirkəti İstehsalat koordinatoru vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Növbə nəzarətçisi ( Hacıqabul ) vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Növbə nəzarətçisi ( Hacıqabul ) vəzifəsi üzrə vakansiya elan edir. ...