Damlama-suvarma sistemləri üzrə mühəndis
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

MKT İstehsalat Kommersiya MMC Damlama-suvarma sistemləri üzrə mühəndis vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə öhdəlikləri:

  • Pivot və damlama suvarma sistemlərinin idarə edilməsi;
  • İllik suvarma planı və digər hidravlik hesabatların yazılması;
  • Pivot və damalama avadanlıqları və infrastrukuna mütəmadi texniki baxışın keçirilməsi;
  • Hesabatlılıqların və təhlillərin təkmilləşdirilməsi
  • Kənd təsərrüfatı torpaqlarında torpaqların melorasiya və suvarma qaydalarını və normalarına uyğun tədbirlər görmək;
  • Hidrotexniki qurğuların, su hovuzlarının, bəndlərin və s. sudanmühafizə qurğularının tikinti-quraşdırma qaydalarını bilmək, tətbiqini həyata keçirmək;
  • Hidrotexniki qurğuların və bəndlərin mövsüm təmirlərinin yerinə yetirilməsinə nəzarət;
  • Melorasiya üzrə texniki avadanlıqların, qurğuların layihələndirilməsinin və alışının təşkili;
  • Təsərrüfatlarda suvarma suyundan istifadə qaydalarını və sudan istifadə qrafiklərinin hazırlaması
  • Damlama, yeraltı damlama, damcılama, yağış yağdırma və s. üsullarla ilə bitkilərin suvarma normalarını, qaydalarını və həmin avadanlıqların tətbiqi;
  • Suvarma avadanlıqlarına tələb olunan ehtiyat hissələrinin sifarişi və təmiri;
  • Təsərrüfatlar üzrə torpaqların qurudulması, suvarılması və melorasiya olunmasının planlaşdırılması;
  • Hovuzların, boru xəttlərinin və su bəndlərinin cari və əsaslı təmiri;
  • Nasos avadanlıqlarının təmiri və seçimi;
  • Suvarma sistemləri, suvarma qurğularının, boru xəttlərinin layihələndirilməsi üçün texniki tapşırıqların hazırlanması;
  • Yeni tikilmiş hidrotexnik və melorasiya qurğularının istismara qəbulu;
  • Hidrotexniki qurğularda qəzaların aradan qaldırılması, təhlükəsiz istismar və əməyin mühafizəsi.
  • Mövcud və yeni yaradılacaq damlama suvarma sistemlərinə nəzarət

Tələblər:

  • Mühəndislik, Aqrokimya, Aqronomluq və s . K/T-yə aid digər texniki ixtisaslar üzrə Ali təhsil
  • Azərbaycan dilində yüksək səviyyədə şifahi və yazılı nitq
  • Yüksək səviyyədə İngilis və Rus dilləri arzuolunandır
  • MS Office proqramlarına yüksək səviyyədə hakimiyyət, Autocad proqramnıda işləmək bacarığı
  • Müvafiq sahə üzrə 1-2 il iş təcrübəsi
  • Regionlara mütəmadi ezamiyyələrə hazır olmaq

Səriştələr:

  • Məsuliyyətli
  • Pozitiv
  • Özünütəşkiletmə qabiliyyəti
  • Etibarlılıq
  • Dürüstlük

Əlavə məlumat:

  • Əmək haqqı razılaşma əsasında təyin olunur
  • İş qrafiki:  Beş günlük iş həftəsi
  • İş yeri: Baki şəhəri, Qafqaz Business Center
  • Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Əgər ölkənin lider pambıq istehsalçısı olan “MKT İK” MMC-da karyeranızı davam etmək, peşəkar və mehriban komandanın bir hissəsi olmaq istəyirsinizsə ən son yenilənmiş CV-nizi “Damlama-suvarma sistemləri üzrə mühəndis” mövzusu ilə elektron ünvanına göndərə bilərsiniz.

“MKT İK” MMC şirkəti – irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, ailə vəziyyətindən, ictimai-sosial mənşəyindən və əqidəsindən asılı olmayaraq hamı üçün bərabər imkanlar yaradan bir şirkətdir.

Mənbə:jobsearch.az

Oxşar vakansiya siyahısı:

Baş mexanik

Mətanət A Baş mexanik vəzifəsi üzrə vakansiya elan edir. ...

Mətanət A

14.11.2024 - Xırdalan

Keyfiyyətə nəzarət üzrə mütəxəssis ( Qida sahəsi )

Hajigabul Poultry Farm Company Keyfiyyətə nəzarət üzrə mütəxəssis ( Qida sahəsi ) vəzifəsi üzrə vakansiya elan edir. ...

Hajigabul Poultry Farm Company

07.11.2024 - Hacıqabul

Texniki şöbənin Rəhbəri

CONCO Engeneering Texniki şöbənin Rəhbəri vəzifəsi üzrə vakansiya elan edir. ...

CONCO Engeneering

07.11.2024 - Bakı

Memarlıq üzrə təcrübəçi

PASHA Property Management Memarlıq üzrə təcrübəçi üzrə vakansiya elan edir. ...

PASHA Property Management

31.10.2024 - Bakı

1500₼
Laçın ərazisi üzrə koordinator

Aznet technologies QSC Laçın ərazisi üzrə koordinator vəzifəsi üzrə vakansiya elan edir. ...

Aznet Technologies

30.10.2024 - Bakı