Qısa məzmun
Mətanət A şirkəti Daşınmaların təşkili və idarəolunması üzrə mütəxəssis vəzifəsi üzrə vakansiyasını elan edir
İşin təsviri:
- Zavodlar arasında xammalın daşınmasının təşkili və nəzarəti
- Ehtiyyat yığım anbarına xammalın daşınmasının təşkili və nəzarəti
- Qum karxanasının təminatı, təchizatı və nəzarətinin təşkili
- Mərmər tozunun zavoda daşınmasının təşkili və nəzarəti
- Kənar avtomobilləri bazar qiymətini araşdıraraq daşımalara cəlb etmək
- Yeni daşıyıcılarla danışıqlar aparıb müqavilələr imzalamaq
- Qum daşıyan kənar maşınların maddi tələbnamələrini hesablayıb maliyyə departamentinə təqdim etmək
- Şirkətin avtomobillərini idarə edən sürücü əmakdaşların işlərinə nəzarət etmək
- Qum karxanasında olan texnikaların yanacaq sürtkü materiallarının sifarişini vermək
- Zavodlar arasında gələn xammalın qiymətlərini müqayisə edib işləmək
- Karxanadan çıxan xammalla zavoda qəbul olunan xammalın qarşılaşdırılması və nəzarəti
- Mütəmadi olaraq rəhbərliyə yazılı hesabat təqdim etmək.
İş şəraiti:
- İş saatı: 09-00-dan 18-00-dək;
- Şənbə günü: 09-00-dan 13-00a-dək
- İstirahət: Bazar günü.
Əmək haqqı: Razılaşma yolu ilə.
Tələblər:
- Yaş həddi: 30-45
- Təhsili: Ali təhsilli
- Loqistika üzrə iş təcrübəsi: Minimum 3 il.
- Dil bilikləri: Azərbaycan dili sərbəst, Rus arzuolunandır.
- Kompüter biliyi: Word, Excel, Internet Explorer, 1C proqramında işləmə bacarığı olmalı
- Riyazi bilikləri əla olmalıdır
- Texnikaların yanacaq və amartizasiya xərcləri haqqında müəyyən biliklərə sahib olmalıdır.
- Bu gün üçün daxili yük daşımalarında bazar qiymətlərinə dair müəyyən qədər məlumatlara sahib olmalıdır
Əlavə Tələblər:
- Logistika sahəsində təcrübə mütləqdir.
- Yaxşı analitik və ünsiyyət bacarıqları, danışıqların aparılma bacarıqları, qiymətlərin formalaşdırma metodlarını və strategiyasını bilməsi;
- Satınalma müqavilələri ilə işləmə bacarığı;
- Ölkə daxili ezamiyyətlərə getmə imkanı.
- Məsuliyyət, dürüctlük, dəqiqlik
- İntellektual səviyyə, məntiq
- Marşurutu yaxşı tanımalıdır
- Hesabatlı işləməyi, rəhbərliyin proseslərə dair sorğularını dərhal və dəqiq şəkildə cavablandırmağı bacarmalıdır.
Qeyd: CV-lərinizi mövzu sətrində vakansiyanın adını qeyd edərək göndərin.