Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Sinteks Group of Companies Daşınmaz Əmlak üzrə Menecer vəzifəsi üzrə vakansiya elan edir. Rus və ingilis dillərini mükəmməl səviyyədə bilməlidir.
1996-cı ildə Bakı şəhərində əsası qoyulan Sinteks MMC bu gün Qafqaz və Mərkəzi Asiyada ən böyük və uğurlu pərakəndə satış şirkətlərindən biridir.
SINTEKS öz üzərinə tanınmış beynəlxalq moda evlərindən tutmuş yeni yaranmış markalara kimi, dünyanın aparıcı moda brendlərini təmsil etməyi götürüb.
Şirkət dəb, zərgərlik və qida sahələrində 80-dən artıq mağazaya rəhbərlik edir.
Sinteks Şirkətlər qrupuna hal hazırda Daşınmaz Əmlak üzrə Menecer tələb olunur.
İşin rolu:
İşin əsas rolu səmərəli işi təşkil edib, koordinasiya etməkdir: ticari daşınmaz əmlak tapmaq, danışıqlar aparmaq, icarə müqavilələri bağlamaq və şirkətin bütün daşımaz əmlak obyektləri ilə əlaqə saxlamaq.
Vəzifə öhdəlikləri:
- Effektiv ticarət mülkiyyəti axtarış strategiyası qurmaq
- Şirkət şərtlərinə və mənafelərinə əsaslanaraq icarə məsələləri ilə bağlı birbaşa danışıqlar aparmaq və icarə muqaviləsi imzalamaq
- İcarə müqaviləsindən sonra yenilənmələrə, şərtlərin dəyişikliklərə, müqavilənin ləğvinə və s. nəzarət etmək
- Rəhbərlik tərəfindən təsdiq olunmuş kirayə əmlak axtarışını və ehtiyaclarını təmin etmək
- Daşınmaz əmlak bazarının kirayə dərəcələri, yeni imkanlar və yeni layihələr kimi əsas parametrlər üzrə daim izlənmək və daha sonra rəhbərliyə hesabat vermək
Əsas tələblər:
İxtisas / Təhsil:
- Müvafiq sahə üzrə ali təhsil
Təcrübə:
- Ticari əmlak sektoruna aid sahədə ən az 3 il iş təcrübəsi
Bilik və bacarıqlar:
- Azərbaycan, rus və ingilis dillərini mükəmməl səviyyədə bilmək
- Ofis proqramlarını bilmək: MS Word, Excel, Power Point, Outlook
Kompetensiyalar:
- Mükəmməl ünsiyyət bacarıqları
- Güclü danışıq bacarıqları
- Güclü problem həll etmə bacarıqları
- Yazılı və şifahi ünsiyyət bacarıqları
- Kirayə sənədlərini anlamaq
- Güclü vaxt idarəetmə bacarıqları
Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini recruitment@sinteks.com e-mailına, mövzu hissəsində “Daşınmaz Əmlak üzrə Menecer” qeyd edib göndərilməsi xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Kontakt Home Onlayn sifariş üzrə məsləhətçi (Sosial media kanallarından)vəzifəsi üzrə vakansiya elan edir. ...
Abşeron-Şərab ASC Merçendayzer vəzifəsi üzrə vakansiya elan edir. ...
İnci Group of Companies Korporativ Satış Meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Zeta Group “Satış Məsləhətçisi” vəzifəsi üzrə vakansiya elan edir ...
Çinici şirkəti Satış Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Supertoys MMC Kateqoriya şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Supertoys MMC Kateqoriya üzrə şöbə müdiri vəzifəsi üzrə vakansiya elan edir. ...
Matanat A şirkəti Satış koordinatoru vəzifəsi üzrə vakansiya elan edir. ...
"Smile Tour" MMC promoter ( satış təmsilçisi) vəzifəsi üzrə vakansiya elan edir. ...