Qısa məzmun
Sirab ASC şirkəti Data Analitik vəzifəsi üzrə vakansiya elan edir.
Əsas tələblər:
- Minimum təhsil dərəcəsi: Bakalavr (İqtisadiyyat, Maliyyə);
- Komputer bilikləri: MS Office (Word, Excel, Power Point) – Əla;
- Dil bilikləri: Azərbaycan – Əla;
- Yaş həddi: 23 – 30;
- Cinsi: Qadın;
- Minimum təcrübə: 1 il (müvafiq sahə üzrə);
- Riyazi biliklər və analitik düşünmə bacarığı;
- Microsoft SQL Serverdə işləmə bacarığı;
- Power BI data modellərin qurulması və dataların vizallaşdırılması (DAX ilə işləmə bacarığı üstünlükdür);
- Mikro ERP də işləmək bacarığı.
Fərdi keyfiyyət göstəriciləri:
- İşdə dəqiqlik və detallara diqqətlilik;
- Analitik və strateji düşünmə qabiliyyəti;
- Təqdimat bacarığı;
- Məsuliyyətlilik;
- Ünsiyyətlilik;
- Komandada işləmək bacarığı.
Digər tələb və üstünlük göstəriciləri:
- Rus və ya ingilis dili biliyi;
- Data analitika üzrə sertifikatı olanlara üstünlük verilir
İş barədə:
- Biznes tapşırıqlara uyğun datanın analiz olunması;
- Davranış modellərinə əsasən bazarın və satışların, qiymətlərin və s. dinamikası üzrə proqnozlar tərtib edilməsi;
- Toplanmış məlumatların analizi, müxtəlif analitik təhlil və vizuallaşdırma vasitələri ilə istifadəyə yararlı məlumatlar hazırlanması;
- Proqnoz və nəticələrinin effektiv vizuallaşdırma üsulu ilə hesabatlarının hazırlanması;
- Məhsulları üzrə əsas göstəricilərə əsasən həftəlik, aylıq, illik hesabatların təqdim edilməsi.
İş vaxtının norması:
- 5 günlük iş rejimi;
- İstirahət günü: Şənbə və Bazar günü.
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
- Razılaşma əsasında;
- Yemək şirkət tərəfindən;
- Şirkət nömrəsi və danışıq paketi.
İş yeri:
- Xırdalan şəhəri, Bakı-Quba şossesninin şərqi 18 A (Masazır dairəsinin yaxınlığı)
Müraciət forması:
Uyğun namizədlərdən cv-lərini mövzu yerinə “Analitik” yazmaqla mail ünvanına göndərmələri xahiş olunur. Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Mənbə: JobSearch.az
Oxşar vakansiya siyahısı:
https://qlor.me/m7byl3sgdk Təsvir Ensure the bank’s information security; Regularly check and evaluate networks and systems to identify security vulnerabilities; M ...
İnci Group of Companies Helpdesk vəzifəsi üzrə vakansiya elan edir. ...
Kontakt Home Proqram təminatı üzrə kiçik mühəndis vəzifəsi üzrə vakansiya elan edir. ...
Yelo Bank ASC Korporativ idarəetmə üzrə kiçik mütəxəssis / mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Aztelekom MMC QA Manager vəzifəsi üzrə vakansiya elan edir. ...
Expressbank ASC Rəqəmsal xidmətlərin tətbiqi şöbəsinin aparıcı/böyük mütəxəssisi (IT Biznes Analitik) vəzifəsi üzrə vakansiya elan edir. ...
“Rabitəbank” ASC Aparıcı proqramçı (PL/SQL üzrə) vəzifəsinə işə qəbul elan edir. ...
Xalq Bank Proqramlaşdırma İdarəsinin İnterfeyslərin tətbiqi şöbəsinin mütəxəssisi (Frontend developer) vəzifəsi üzrə vakansiya elan edir. ...