Qısa məzmun
166 Yükdaşıma və Logistika Data Analitik vəzifəsi üzrə vakansiya elan edir.
İş barədə məlumat:
- Məlumatların tutarlılığı, bütövlüyü, müntəzəm olaraq yenilənməsi, məlumat axınının girişi və təhlükəsizliyinə cavabdehlik;
- “Data Governance” strategiyasına və tətbiq olunmuş sistemlərə əsasən məlumatların istifadəsi üçün (Reportlar, Modellər, Panellər) mürəkkəb arxitekturaya dəstək göstərilməsi;
- Məlumat analizinin hazırlanması üzrə bütün mərhələlərin idarəedilməsi;
- Hesabatlıq sistemlərinin planlanması, inteqrasiyası, layihələndirilməsi və yerləşdirilməsinə cavabdehlik;
- Layihələrdə məlumatların hazırlanması və istifadə olunması;
- Statistik və analitik hesabatların, məlumat modellərinin və qrafik panellərin hazırlanması;
- Təqdim olunan məlumatların keyfiyyətinin təmin edilməsi;
- Biznes problemlərini həll etmək üçün sürətlə təkmilləşdirilən modellərlə işlənilməsi;
- Əla ünsiyyətqurma və məlumatı vizuallaşdırma bacarıqları, məsələn: əldə olunan nəticələri təqdim etmək üçün uyğun ünsiyyət və vizual dizayn seçimlərini müəyyən etmək qabiliyyətinin olması.
Namizədə tələblər:
- Ali texniki və ya iqtisadi təhsil;
- Sahə üzrə minimum 2 il iş təcrübəsi;
- Machine learning, statistika, optimizasiya və əlaqəli sahələr üzrə biliklər;
- Python/R və ya SQL proqramlaşdırma dillərində iş təcrübəsi;
- Böyük həcmli datasetlər, simulyasiya və optimizasiya alətləri ilə bağlı iş təcrübəsinə;
- Problem həll etmə bacarığına;
- Ünsiyyət və komandada işləmə bacarığına;
- Həvəsli və müstəqil öyrənmək kimi güclü qabiliyyətə sahib olan şəxslər;
- Power BI proqramı və ya digər vizuallaşdırma vasitələri ilə iş təcrübəsi;
- Data mining.
İş şəraiti:
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- Karyerada inkişaf imkanları.
Müraciət etmək istəyən namizədlər CV formalarını mail ünvanına mövzu hissəsinə “Data Analitik” qeyd edərək göndərə bilərlər.