Qısa məzmun
Agrarco Baş anbardar vəzifəsi üzrə vakansiya elan edir.
Təsvir
- Qısa və uzun müddətli əməliyyat proqnozlarının hazırlanması və planlaşdırılması;
- Riyazi və statistik üsullardan istifadə edərək bütün növ əməliyyatlar üzrə məlumatların təhlil olunması;
- Bazarın vəziyyətinin araşdırılması, məhsul və xidmətlərə olan tələb və təklifin daim öyrənilməsi;
- Rəqabət mühitinin təhlil edilməsi;
- Mövcud proseslərin optimallaşdırılması, təhlili və təftişi;
- Yazılı texniki və funksional sənədlərin hazırlanması;
- Data Governance strategiyasına və tətbiq olunmuş sistemlərə əsasən məlumatların istifadəsi üçün (Hesabatlar, Modellər, Panellər) mürəkkəb arxitekturanın yaradılması və optimallaşdırılması;
- “Master Data Management” məlumatların müəssisə daxilində əlaqələndirilməsini təmin edən texnologiya, alətlər və proseslərin tətbiqi və daimi inkişaf etdirilməsi;
- Əməliyyatlar istiqaməti ilə bağlı bütün aidiyyəti üzrə struktur bölmələrdə həftəlik istehsal həcminin, istifadə olunan xammal, mal-materiallar, enerji reursları və müxtəlif ləvazimatların sərfiyyatının yoxlanılması, hesablanması, təhlil edilməsi və əməliyyatların operativ monitorinq cədvəli sistemində uçotunun aparılması və davamlı nəzarət təmin edilməsi;
- Müəssisənin əməliyyatlar istiqaməti ilə bağlı bütün aidiyyəti üzrə struktur bölmələrdən həftəlik, aylıq, rüblük, yarım illik və illik əməliyyat hesabatlığı sistemlərinin planlanması, qurulması, inteqrasiyası.
- İstehsalatın gedişatının əməli uçotunun təşkil edilməsi və məlumatların toplanması;
- Əməliyyat departamentinin fəaliyyəti ilə kəsişən proseslərin təhlil edilməsi, müəyyən edilmiş uyğunsuzluqlar/boşluqlar haqqında birbaşa rəhbərinə dolğun məlumatların təqdim edilməsi;
- Müəssisənin inkişaf perspektivlərinin yüksəldilməsi, genişlənmə layihələrində fəal iştirak edilməsi.
Tələblər
- Müvafiq sahə üzrə 3 il iş təcrübəsi;
- Azərbaycan, rus, ingilis dillərində mükəmməl ünsiyyət və yazı bacarığı;
- ERP bazasında (1C, SAP və s. kimi) iş təcrübəsi;
- Layihələrin idarəedilməsi üzrə sertifikasiya üstünlükdür;
- Öz işinin peşəkarı olmalı və şirkətdən kənar yad insanlarla işləyərkən şirkətin maraqlarını qorumalı;
- Hesabatların hazırlanması və uğurlu təqdimat bacarığı;
- Yalnız və komanda ilə effektiv işləmə, güclü ünsiyyət, planlama bacarıqları;