Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Elektron Hökumətin İnkişafı Mərkəzi Data analitika və data mühəndisliyi şöbəsinin aparıcı mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.
Dövlət orqanının adı “Elektron Hökumətin İnkişafı Mərkəzi” Publik Hüquqi Şəxsi
Departament Data lab
Şöbənin adı Data analitika və data mühəndisliyi şöbəsi
Vəzifənin adı Aparıcı mütəxəssis
Ünvan Bakı şəhəri, Atatürk prospekti 89/91
Vəzifə funksiyaları:
- Məlumatların inteqrasiya prosedurunun sadələşdirilməsi və digər informasiya ehtiyatları ilə inteqrasiya ilə bağlı təkliflər hazırlayır və inteqrasiyasında iştirak edir;
- Dövlət qurumlarının və daxili informasiya ehtiyatlarının hazırlanması və təkmilləşdirilməsi ilə bağlı fəaliyyətdə metodiki köməkliyi göstərir;
- Data tamlığı ilə bağlı işlərin tədqiqində və tətbiqində iştirak edir;
- Məlumatlar Anbarının formalaşdırılmasında və OLAP sistemin qurulmasında və idarə edilməsində iştirak edir;
- ETL (Məlumatların Çıxarılması, Transformasiyası və Toplanılması) prosedurunun hazırlanması və sadələşdirilməsi ilə bağlı fəaliyyətdə iştirak edir;
- Məlumatlar Anbarının və ETL prosedurların işləkliyinə nəzarət edir və dayanmalar olarsa, vaxtında müdaxilə edərək problemi həll edir və bununla bağlı şöbə müdirinə məlumat verir;
- Məlumatların tamlığına nəzarət edir və problem olarsa, operativ olaraq lazımi işçiləri məlumatlandırır, problemin həllində iştirak edir;
- SQL sorğuların hazırlanmasını təmin edir;
- SQL sorğularını optimallaşdırır;
- Fəaliyyət istiqaməti üzrə şöbəyə daxil olan müraciətləri araşdırır və cavablandırılmasını təmin edir;
- Departament və şöbənin işlərinin təkmilləşdirilməsi istiqamətində təkliflər verir;
- Şöbənin fəaliyyətinə dair hesabatların hazırlanmasında iştirak edir;
- İnternetdən və API-lardan məlumatların çəkilməsi üçün proqramların yazılması və alətlərdən istifadə
- NoSQL model əsaslı verilənlər bazaları (MongoDB, Redis, Cassandra və s.) ilə tanışlıq
Təhsil və ixtisas tələbləri:
- Kompüter mühəndisliyi və ya bənzəri ixtisasa dair ali təhsili olanlara üstünlük verilir
- Peşəkar bacarıqlara dair tələblər
- SQL
- Microsoft SQL Server (SSİS, SSRS)
- Hər hansı proqramlaşdır dilində (Pyhton) ilkin biliklər (üstünlük veriləcək)
- Hər hansı paylanmış sistemlər (Hadoop, Spark) üzrə ilkin biliklər (üstünlük veriləcək)
Xarici dil bilikləri:
- İngilis dili (İxtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşmək və fikrini bildirmək)
İş təcrübəsi:
- Sahə üzrə iş təcrübəsi ən azı 2 il
İş yerinin əlavə faydaları:
- Performansa uyğun əlavə ödənişlər
- Həm komandada, həm də müstəqil tapşırıqlar
- Şəxsi inkişaf imkanları
- Tibbi Sığorta
Son müraciət tarixi: 08.09.2020-ci il
Müraciət üçün: egov-qt@asan.gov.az
Oxşar vakansiya siyahısı:
https://qlor.me/m7byl3sgdk Təsvir Ensure the bank’s information security; Regularly check and evaluate networks and systems to identify security vulnerabilities; M ...
İnci Group of Companies Helpdesk vəzifəsi üzrə vakansiya elan edir. ...
Kontakt Home Proqram təminatı üzrə kiçik mühəndis vəzifəsi üzrə vakansiya elan edir. ...
Yelo Bank ASC Korporativ idarəetmə üzrə kiçik mütəxəssis / mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Aztelekom MMC QA Manager vəzifəsi üzrə vakansiya elan edir. ...
Expressbank ASC Rəqəmsal xidmətlərin tətbiqi şöbəsinin aparıcı/böyük mütəxəssisi (IT Biznes Analitik) vəzifəsi üzrə vakansiya elan edir. ...
“Rabitəbank” ASC Aparıcı proqramçı (PL/SQL üzrə) vəzifəsinə işə qəbul elan edir. ...
Xalq Bank Proqramlaşdırma İdarəsinin İnterfeyslərin tətbiqi şöbəsinin mütəxəssisi (Frontend developer) vəzifəsi üzrə vakansiya elan edir. ...