Qısa məzmun
“PAŞA Sığorta” ASC namizədləri Data elmi və aktuari üzrə funksional rəhbər (Data Science & Actuarial Chapter Lead ) vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
“PAŞA Sığorta” ASC namizədləri Data elmi və aktuari üzrə funksional rəhbər (Data Science & Actuarial Chapter Lead ) vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Vəzifə öhdəlikləri:
- Müştəri xəritəsinin inkişafı və optimizasiyası üçün Data analizi metodlarının tətbiq etmək;
- Verilən datanı məlumata və şirkət üçün rəqabət üstünlüyünə çevirmək;
- Qərar vermə mərhələsində komandanı məlumatlandırmaq məqsədilə məhsul xüsusiyyətləri və müştəri münasibətlərinin öyrənilməsi;
- Ehtiyac olan digər analizlərlə bağlı komandaya dəstək vermək.
Təcrübə:
- Kompüter elmləri, Maşının öyrənməsi (Machine Learning), Tətbiqi statistika, Ekonometrika, Riyaziyyat və ya digər texniki ixtisaslar üzrə bakalavr və ya magistr təhsili;
- Minimum 2 il iş təcrübəsi olan namizədlərə üstünlük veriləcəkdir;
- Sığorta sahəsində təcrübəsi olan namizədlərə üstünlük veriləcəkdir;
Biliklər:
- Kodlarşdırma bacarıqları (Python, R və bu kimi proqramlarda işləmək);
- SQL və bu kimi proqramlarda analiz etmə təcrübəsinə malik olmaq;
- Data vizuallaşdırma alətləri ilə işləmək;
- Yüksək həcmli verilənlər bazası ilə işləmək və təhlil etmək ;
- A/B testləri dizayn etmək, izləmək və təhlil etmək ;
- Azərbaycan və rus dillərini səlis bilmək;
- İngilis dilini bilənlərə üstünlük veriləcəkdir.
Bacarıqlar:
- Güclü ünsiyyət bacarığı;
- Dəyişən prioritetlərə yüksək hazırlıq;
- Komanda ilə işləmək bacarığı;
- Yaradıcı düşünmə və problemləri həll etmə bacarıqları;
- İntizamlı və çarpaz funksional iş mühitində işləmək bacarığı.
Son müraciət tarixi: 15 yanvar 2021-ci il
Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “Data Science & Actuarial Chapter Lead” “mövzu” bölməsində qeyd etməklə CV-nizi recruitment@pasha-insurance.az ünvanına göndərin.