Qısa məzmun
Ə/h razılaşma yolu ilə. PAŞA Bank, 3-5 nəfərdən ibarət Data scientistlər qrupunu idarə edəcək Data Scientist Qrup rəhbəri axtarır.
İş barədə məlumat:
PAŞA Bank, 3-5 nəfərdən ibarət Data scientistlər qrupunu idarə edəcək Data Scientist Qrup rəhbəri axtarır.
Vəzifə öhdəlikləri:
- Data scientistlər qrupunu idarə etmək
- Detallı və ətraflı planlaşdırma (cədvəllər, deadline və əsas mərhələlər daxil olmaqla), analitik layihələr üçün resurs bölgüsü
- Data scientistlər üçün tapşırıqların təyin edilməsi, onların işinə nəzarət etməklə yanaşı modellərin hazırlanmasında iştirak etmək
- Qrup üzvləri üçün təlimlərin keçirilməsi, və onların praktik təlimatlarla təmin edilməsi
- Data scientistlərin işə qəbul prosesində dəstək göstərilməsi
Analitik modellərin qurulması :
- Yaradıcı həllərin və ideyaların əldə olunması üçün bir çox mənbələrdən (həm daxili, həm də xarici mənbələrdən strukturlaşdırılmış və strukturlaşdırılmamış məlumatlar: əməliyyat məlumatları, müştəri işgüzar məlumatları, kredit bürosu məlumatları və s.) verilənlərin şərh edilməsi və təhlili
- Strukturlaşdırılmış və strukturlaşdırılmamış məlumatların hazırlanması (qaydaya salınması, emalı, redaktə edilməsi), məlumatların keyfiyyətinin və bütövlüyünün təmin edilməsi
- Bankın məhsullarını və prosesləri təkmilləşdirmək məqsədilə yeni modellərin hazırlanması (seçilmiş model nümunələri: risk skorinq, meyl modelləri, müştəri seqmentasiyası və s.)
İdeyaları təsirli tövsiyələrə çevrilməsi
- İdarə heyəti üzvləri ilə əlaqə qurulması: strateji prioritetləri anlaşılması, icrası və analitik layihələrə daxil edilməsi
- Mühəndislik və məhsul hazırlayan qruplar ilə sıx əməkdaşlığın aparılması
- Modellərin əsas tərəfdaşlara təqdim olunması və onların asanlıqla başa düşülən formada izah edilməsi
Tələb olunan ixtisas və bacarıqlar:
- Təhsil: Kompüter elmləri, statistika, tətbiqi riyaziyyat və ya digər müvafiq sahə üzrə bakalavr/magistr dərəcəsi
- Data scientistlərdən ibarət qrupun idarə edilməsi üzrə 2 ildən artıq peşəkar təcrübə (vəzifələrin və işin bölgüsü və planlaşdırılması, komandanın yaradılması və inkişafı)
- Banklarda maşın öyrənmə modelləri hazırlamaqda 2 illik peşəkar təcrübə
- Məlumat təhlili və maşın öyrənmə texnologiyalarından istifadə edərək uğurla başa çatdırılan layihələr
- Proqramlaşdırma dillərindən istifadədə 4 ildən artıq peşəkar təcrübə və məlumatların təhlili və maşın öyrənmə kitabxanaları üzrə mükəmməl biliklər (seçilənlərdən ən az biri: Python (Pandas, NumPy, scikit-learn, Scipy, TensorFlow) və ya R)
- Əlavə proqramlaşdırma dilləri və data analitika alətləri (SQL, Alteryx və digərləri) üzrə 4 ildən artıq təcrübə
- Maşın öyrənmə, statistika və data mining texnikaları haqqında qabaqcıl biliklər və qeyd olunanların istifadəsində kifayət qədər təcrübə
- Bankçılıq və analitika təhlili üzrə təcrübə
- Yaxşı ünsiyyət və danışıq bacarıqları
- Azərbaycan və ingilis dillərini mükəmməl; Rus dilini bilmək bir üstünlük kimi qəbul ediləcəkdir
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini recruitment@pashabank.az elektron ünvanına göndərə bilərlər.Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Data Scientist Qrup rəhbəri” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərə alınmayacaqdır.
Oxşar vakansiya siyahısı:
Kontakt HomeQA engineer (Keyfiyyətə nəzarət üzrə mühəndis) vəzifəsi üzrə vakansiya elan edir. ...
“Rabitəbank” ASC Prosesslərin avtomatlaşdırılması və rəqəmsallaşma departamentində Scrum Master vəzifəsinə işə qəbul elan edir. ...
Xalq Bank Proqramlaşdırma İdarəsinin İnterfeyslərin tətbiqi şöbəsinin mütəxəssisi (Frontend developer) vəzifəsi üzrə vakansiya elan edir. ...
Expressbank ASC Rəqəmsal xidmətlərin tətbiqi şöbəsinin aparıcı/böyük mütəxəssisi (IT Biznes Analitik) vəzifəsi üzrə vakansiya elan edir. ...
Bank Respublika ASC Sistem analitiki ( İT biznes analitik) vəzifəsi üzrə vakansiya elan edir. ...
https://qlor.me/m4mgqod2u1 Təsvir Develop, implement, and monitor information security measures. Assess information security risks and propose solutions to mitigate them ...
Kontakt HomeQA engineer (Keyfiyyətə nəzarət üzrə mühəndis) vəzifəsi üzrə vakansiya elan edir. ...
Bank Respublika ASC Sistem analitiki ( İT biznes analitik) vəzifəsi üzrə vakansiya elan edir. ...
Təsvir We are seeking a highly skilled Full Stack Developer to join our dynamic team. As a Full Stack Developer, you will be responsible for designing, developing, and ...